SON DƏQİQƏ

PressDent.Info

Əməkdaşımızı polis axtarır...

Əməkdaşımızı polis axtarır...
28-07-2015, 14:42 27534 dəfə baxılıb

 

Emin Rəhimovun ailəsindən verilən məlumata görə,  bir neçə dəfə özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ilk öncə onlara telefon açaraq Eminin polisə gəlməsini tələb etmişlər. Ötən gün isə 27 iyul 2015-ci il tarixdə  bir neçə mülki geyimli şəxs Eminin yaşadığı evə gələrək onun harada olması ilə maraqlanmışlar. Onun nəyə görə polisin çağırışlarına məhəl qoymayaraq, polisə gəlmədiyini soruşmuşlar. Eminin evdə olmadığını bilən polislər və mülki geyimli şəxslər onun şəxsi əşyalarını müsadirə etmişlər, ailə üzüv lərinə  onun haqqında axtarış elan edilməsi ilə bağlı sənət təqdim etmişdirlər. Emin Rəhimovun ailəsindən həmçinin bildirmişlər ki, bundan əvvəl Eminə iyun ayının 29 Nəsimi Rayon Polis İdarəsindən çağırış gəlib. Lakin, Emin həbs olunma təhlükəsini nəzərə alaraq ölkəni tərk edib.

 

 

Xatırladaq ki Emin Rəhimov-müxalifətin çoxsaylı etiraz aksiyalarının iştirakçısı, təşkilatçısıdır və “PressDent” ictimai-siyasi qəzetinin müxbiri  vəzifəsində çalışır. Şübhəzis, E.Rəhimov kimi lərin fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etməkdədir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ