SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan İslam Partiyasında istefa var

Azərbaycan İslam Partiyasında istefa var
26-08-2015, 18:14 28217 dəfə baxılıb

Azərbaycan İslam Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə siyasi qurumun mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, toplantıda əsas məsələ quruma sədr əvəzi kimi rəhbərlik edən, partiyanın 2011-ci ildən bəri məhbus həyatı yaşayan sədri Mövsüm Səmədovun səlahiyyətlərini həyata keçirən Elçin Manafovun tutduğu vəzifədən istefası olub.
 
Elçin Manafov ölkə miqyasında, siyasi partiya rəhbərliyindən mərhum Əlikram Əliyevdən başlanan istefa vermək mədəniyyəti ənənəsinə sadiq qalaraq, bu yüksək postdan getdiyini açıqlayıb.
 
Partiyanın İdarə Heyəti E.Manafovun istefasını qəbul edərək, məsləhət-məşvərətdən sonra qurumun rəhbərliyinə sədr əvəzi vəzifəsini İlham Əliyevə həvalə edib.
 
Xatırladaq ki, İlham Əliyev bir müddət öncə AİP-ə sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. 
 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ