SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

“Seçki əhval-ruhiyyəsinin aşağı olmasının günahkarı siyasi təşkilatlardır” -"Fikirləşdik ki, "Ümid" partiyasına mane olmayaq"

“Seçki əhval-ruhiyyəsinin aşağı olmasının günahkarı siyasi təşkilatlardır”	-
21-08-2015, 14:13 31081 dəfə baxılıb

Bu günlərdə “Ümid” partiyasının qərargahında “Qarabağ” Blokunun iclası keçirilib.

Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən məlumat verilib. Tədbirdə hər iki partiyanın qarşıdan gələn parlament seçkilərində iştirakı məsələsinə baxılıb. “Ümid” Partiyasının “125-lər” adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin “125-lər” bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək “Ümid” Partiyası ilə ADP seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə, müstəqil iştirak etmək haqqında razılıq əldə edib. Bununla da, ADP seçkilərdə təklikdə iştirak etmək məsələsinə baxmaq üçün partiyanın müvafiq seçkili orqanının növbədənkənar yığıncağının çağırılması haqda qərara gəlinib.

Məlumat üçün deyək ki, ADP sədri S. Cəlaloğlu bildirmişdi ki, “Qarabağ” blokuna daha bir partiya qoşulmaq istəyir. Lakin ADP və Ümid Partiyasının parlament seçkiləri ilə razılığa gələ bilməməsi onu göstərir ki, yeni partiyanın “Qarabağ” blokuna qoşulması reallaşmaya bilər.

Məsələyə aydınlıq gətirən S.CƏLALOĞLU  açıqlamasında söyləyib ki, “Ümid” partiyası “125-lər” siyasi klubu ilə birgə layihə həyata keçirir. Layihənin mahiyyəti odur ki, “125-lər”in nümayəndələrindən ibarət seçki komandası yaradılsın:

“”Ümid” partiyası həmin layihə əsasında öz namizədlərini elan edib. Biz o layihədə iştirak etməmişik. Ona görə də baxdıq ki, onların namiəzdlərinin əksəriyyəti bizim namizədlərlə üst-üstə düşür. Fikirləşdik ki, onlar uzun müddətdir bir yerdədirlər, mane olmayaq. Bu baxımdan razılaşdıq və seçkiyə ayrı getməyi qərarlaşdırdıq”.

“Ümid” partiyasının sədr müavini Ramin HACILI isə  bunları deyib:

“Azərbaycan demokratik düşərgəsinin seçkilərərə birgə qatılması üçün təkliflər oldu. İctimai xadimlərin bu prosesdə aktiv iştirakını təmin etmək məqsədilə bir çox layihələr həyata keçirdik. Həmin layihələrdən ən başlıcası “125-lər” siyasi klubu idi. O cümlədən “Ümid” partiyası öz namizədlərini müəyyənləşdirmək üçün müəyyən işlər görürdü. Təəssüf ki, digər təşkilatlar ölkədə ictimai- siyasi mühitin dinamikasından razı olmadıları üçün bizə qatılmayacaqlarını bəyan edirlər. Bizim də anlamadığımız bir məsələ var ki, bu dinamikanı kim formalaşdırmalıdır? Zənnimcə, insanlarda seçki əhval- ruhiyyəsinin aşağı olmasının günahkarı mövcud siyasi təşkilatlardır. Buna görə də siyasi aktivliyi artırmaq üçün cəhdlər göstərdik. Lakin müttəfiqlərimiz bu istiqamətdə pessimistdirlər. Həmin təşkilatların, o cümlədən ADP-nin seçkilərdəki namizəd sayı çox az idi. Bundan başqa, ADP ilə birgə fəaliyyətimiz, düşünürəm ki, bizim namizədlərə qarşı haqsızlıq olardı. Çünki mən özüm də daxil olmaqla 35 nəfər namizəd bir ildir ki, öz dairəmizdə fəaliyyət göstəririk. Öfis götürmüşük. İnsanlarla, seçicilərlə görüşlər keçiririk. Müəyyən tədbirlər təşkil edirik. Bizim kənarda qalmağımız, kiminsə birdən-birə  gəlib o dairədən namizədlik verməsi bizə qarşı haqsızlıq olardı. ADP ilə anlaşma bu səbəbdən alınmadı”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ