SON DƏQİQƏ

15:09 - Sumqayıt şəhər Tuq zavod yaşayış massivində fəaliyyət göstərən "STP - 3 Metaləritmə" zavodunda bu gün nöbəti dəfə partlayış olub. 4 - nəfər xəsarət alan var..

11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.

17:00 - Sumqayıt Təcili Yardım Xəstəxanasında və Sumqayıt Polis İdarəsində Metaləritmə zavodunda baş verən ölüm hadisəsi haqqında heç bir məlumatları yoxdur?

12:26 - Səfa Şirinov kimi savadlı, bacarıqlı, gülərüz gənc kadırlara maksimal imkanlar yaradılaraq, patensial bacarıqlarından daha çox xeir götürmək olar...

17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

17:18 - İlham Əliyev Putini təbrik etdi

17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO

17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb

17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"

16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ

15:07 - 9 saylı “Yol İstismarı” MMC - nin müdürü İsmayılov Natiq: Azərbaycan ilk dəfədir ki ərazi bütövlüyünü əldə edən qalib kimi beynəlxalq səviyəli yarışlara ev sahibliyi edir.

13:13 - İranda 8 nəfərin barmağı kəsilə bilər

13:11 - Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edilib

PressDent.Info

AŞ Nazirlər Komitəsi Azərbaycanla bağlı qərarların icra durumunu müzakirə edəcək

AŞ Nazirlər Komitəsi Azərbaycanla bağlı qərarların icra durumunu müzakirə edəcək
8-06-2022, 23:01 609 dəfə baxılıb

Avropa Şurası Nazirlər Komitəsi 8-10 iyun tarixlərində keçirilən iclaslarında Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunu müzakirə edəcək.

Media Hüquqları Qrupunun rəhbəri Xalid Ağalıyevin verdiyi məlumata görə, gündəlikdə iki qrup işi var – “Xədicə İsmayıl” və “Anar Məmmədli” Qrupları. Birinci qrupa AİHM-nin jurnalistin şikayətləri əsasənda qəbul etdiyi iki qərar aid edilib. Qərarlar ərizəçinin şəxsi həyatın toxunulmazlığı və fikri ifadə etmək azadlığı hüquqlarının pozulması ilə bağlıdır. Toplantıdan əvvəl Azərbaycan hökuməti qərarların icra durumu ilə bağlı təqdimatında AŞ NK-ya bildirib ki, ərizəçiyə qarşı cinayətə yol verənlərin mühakimə edilməsi məqsədilə hökumət zəruri tədbirləri görüb. Amma çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin şəxsləri müəyyənləşdirmək mümkün olmadığından, 17 avqust 2015-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılıb.

Hökumət həmçinin ərizəçiyə qərarlarda müəyyən edilmiş təzminat məbləğlərinin faizləri də hesablanmaqla ödənildiyini bildirib.

Bundan əlavə, qrupa daxil olan qərarlarda üzə çıxarılan ümumi problemlərin həlli ilə bağlı hökumət qeyd edir ki, jurnalistlərin şəxsi və ailə həyatlarının müdafiəsi və onların ifadə azadlığı hüquqlarını sərbəst həyata keçirə bilmələri məqsədilə zəruri addımlar atılıb.

“Hökumətin təqdimatında “Media haqqında” qanunun qəbul edilməsindən geniş bəhs edilir, bu qanunun jurnalist azadlığından yararlanmaq üçün geniş imkanlar açdığı ifadə edilir”.

“Anar Məmmədli” qrupuna gəlincə, burada AİHM-nin hüquq müdafiəçiləri və fəallar: Anar Məmmədli, İntiqam Əliyev, Məmməd Əzizov və Şahin Novruzlu, Qiyas İbrahimov və Bayram Məmmədov, habelə Leyla və Arif Yunusun işləri üzrə hökmlərindən söhbət gedir. Bu işlərdə Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğu qənaətinə gəlinib. Yəni AİHM onların hakimiyyəti tənqid etdiklərinə və siyasi fəaliyyətdə iştirak etdiklərinə görə həbs edildikləri qənaətinə gəlib. Adı çəkilən şəxslərin təqibinin qanunsuz olduğu etiraf olunsa da, Azərbaycan hakimiyyəti hələ də onlara bəraət verməyib. 

Hökumət Nazirlər Komitəsinə cavabında bütün ərizəçilərin cinayət tətqibinə artıq xitam verildiyini və onlar üçün artıq heç bir mənfi hüquqi nəticənin qalmadığını vurğulayıb. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ