SON DƏQİQƏ

PressDent.Info

Vətəndaşların təbii sərvətlərdən yararlanması və MHS-dəki yerli şirkətlərin benefisiarina çevrilmə prosessi.

Vətəndaşların təbii sərvətlərdən yararlanması və  MHS-dəki yerli şirkətlərin benefisiarina çevrilmə prosessi.
29-08-2020, 06:13 117537 dəfə baxılıb

Vətəndaşların təbii sərvətlərdən yararlanması və  MHS-dəki yerli şirkətlərin benefisiarina çevrilmə prosessi. 

Mədən hasilatında yerli əhalinin bir neçə əsr əvvəlki  və hazırkı aktivliyi.

  Azərbaycanda hasilat sənayesi qədim tarıxə malikdir. XVIII əsrin sonu XIX əsrin əvvəlinə təsdüf edən məlumatlarda görürük ki, Azəarbaycanın neft hasilatı bölgələrinin əhalisi bu sərvətlərdən faydalanıblar. Həmin dövür Azərbaycanda xanlıqlar dövünə təsdüf etsədə yerli əhalinin neft hasilatında sahibkarlığına ciddi maneələr yox idi. Həmin dövürdə neft hasilatı ilə məşqul olan sahibkar qazançının müəyyən qismini xanlığın büdcəsinə verirdi. 1803-ci ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov  Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır.  

    Tarixi mənbələrdən də aydın görünür ki, Azərbaycan Çar Rusiyası tərəfindən işğal edildikdən sonra (1813-cü il və 1828-ci il yekun müqavilələrdən sonra) neft quyuları Rusiyası imperiyasının dövlət mülkiyyətinə keçdi. İlk dəfə olaraq Bakı neft-mədənləri 1825-ci ilin 1 yanvar tarixində çar xəzinəsinin birbaşa idarəçiliyinə verildi. Rəsmi olaraq iltizam sistemi (otkup üsulu) tətbiq edildi. Bu sistemə uyğun olaraq, neft quyuları dövlət tərəfindən otkupa verilirdi və ya birbaşa dövlətə tabe olurdu. Burada qeyd etmək lazımdır ki, Abşerondan başqa neft cüzi miqdarda Quba və Şirvan qəzalarında da çıxarılırdı, bu qəzalardakı neft quyuları onların Rusiya tərkibinə qatılmasından sonra dövlətə tabe edilmiş və otkupa verilmişdi. Abşeron neft quyuları 1806-cı ilin sonundan 1824-cü ilə qədər, 1826-cı ildən 1834-cü ilə qədər və 1850-ci ildən 1872-ci ilə qədər müxtəlif otkup sahiblərinə məxsus idilər. Bu illər arasında isə birbaşa dövlətə tabe idilər. 1806-cı ildən etibarən 18 il ərzində Bakı quyularının birinci əsas otkup sahibi quberniya katibi M.M.Tarumov, 1806-cı ildən etibarən otkup sisteminin ləğv edilməsinə qədər isə (1872-ci il) İ.M.Mirzoyev(Həmin dövr Bakıdakı erməni icmasının rəhbəri) idi. Çar hökuməti, otkup sahiblərinin hərəkətlərini nəzarət altında saxlamaqla, onların inhisar hüquqları və maraqlarını qoruyurdu və bu zaman otkup sahiblərindən başqa digər şəxslərə neftin satışı ilə məşğul olmaq qadağan edilirdi.

   XIX əsrin 60-cı illərində neftə olan tələbatın kəskin artması, lakin neft hasilatının azlığı iltizam sisteminin ləğvini gündəmə gətirir. Beləliklə, neft sənayesinin inkişafını ləngidən və kapital axıına mane olan iltizam sistemi 1872-ci ildə ləğv edilir. Bununla yanaşı, 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: “Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və “İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması”. 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur. Neftlə zəngin torpaqlar qruplara bölünərək müzaidə – torq şəklində ayrı –ayrı kapital sahiblərinə uzun müddətli icarəyə verilirdi. 1872-ci ilin dekabrında ilk dəfə satışa çıxarılan neftlə zəngin torpaqlar böyük kapital qoyuluşu tələb etdiyi üçün bu sahələr daha çox rus və xarici kapitalistlərin əlinə keçirdi. Əgər 1870-ci ilərin əvvəllərində Bakının neftlə zəngin torpaqlarında 12 şirkət fəalliyyət göstərirdisə, əsrin sonunda onların sayı 140-a çatır. 1871-ci ildə ilk dəfə Balaxanıda buruqla neft quyusunun qazılıb istifadəyə verilməsi ve 1873-cü ildə Balaxanıda ilk neft fontanının vurması Bakıya olan marağı daha da artırdı. İlk dövrlərdə, neft sahəsinə kapital qoyan azərbaycanlı yalnız Hacı Zeynəlabdin Tağıyev idisə, əsrin sonrakı illərində bu siyahıya Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da daxil oldu. 1879-cu ildə İsveç təbəəsi olan Nobel qardaşları eyni adlı şirkətin əsasını qoydular. 1880-ci illərdə Rotşildin və 1890-cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya nüfuz edir.

    İltizam sisteminin ləğvi 1870-80 ci illərdə neft sənayesində 10 dəfədən artıq inkişafa gətirib çıxartdı. 1894-cü ildə H.Z.Tağıyev Gəncə qəzasında “Naftalan” neft sənayesi və ticarət şirkəti təsis edir. O, 1897-ci ildə Azərbaycanda başqa sənaye sahələrinə kapital qoymaq üçün öz neft mədənlərini müəssisələri ilə birlikdə 5 milyon manata ingilis kapitalistlərinə satır. Həm də eyni zamanda, bu müəssisələr əsasında formalaşan “Oleum” şirkətinin 1 milyon manatlıq səhmini də öz əlində saxlamaqla cəmiyyətin işraçı direktorlarından biri olur.

   

    I neft bunu Azərbaycanda milli burjuaziyanı  formalaşdırır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilirdi. Xarici şirkətlərin neft hasilatına sərmayə qoyması ilə ölkədə ümumi iqtisadiyyat canlanmağa başlamışdı.

    Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev,Səmsi Əsədullayev, Mirzə Əsədullayev, Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilərək, xalqın, millətin rifahı üçün böyük işlər görürdülər. Bu şıxslərin benefisiar kimi cəmiyyət üçün etdikləri heç bir dövürlə müqayisə olunan dərəcədə idi.

 

Lakin 1920-ci ildə Azərbaycanda baş verən sosialit inqilabindan sonra mili burjaziyanın əlində cəmləşmiş neft sahaləri dövlətin nəzarətinə alınır. I dünya müharibəsi, ardınca vətəndaş müharibəsindən  çıxmış bolşevik Rusiyası maliyyə problemi ilə üzləşmişdi. 1920-ci ilin mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi. Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi. Neft sənayesinin milliləşdirilməsi adı altında yerli sahibkarların mülkləri bolşevik  hakimiyyəti tərəfindən müsadirə olunurdu.

   İnqilaba qədər əgər neft sahəsini hərracda almış fiziki səxs və ya şəxslər  bu sahənin benefisiarı kimi  hasil etdikləri məhsulu mənfəət əldə etməklə satırdılarsa, inqilabdan sonra bu sahadə fəhlə kimi çalışan fiziki şəxslərə əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR -inə göndərdiklərinə, Rusiyanın iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratdıqlarına görə  ilə “Qırmızı Əmək Bayrağı” ordeni  təltif etməyək qərarı verilmişdi. Beləliklə 1920-ci il işqalından sonra Azərbaycanda Təbii ehtiyayyatların hasilatı  dövlət inhisarına alındı bu sahədə  yerli və xarici şirkət şirkətin fəaliyyəti məhdudlaşdırıldı.  

    SSRİ tərkibində Azərbaycan öz sərvətlərinin sahibi olmadan çoxda yüksək və dayanıqlı olmayan iqtisadi inkişafa qədəm qoydu. 1988-ci il statistakasına görə Azərbaycan SSR-nın büdcəsinin 88%-i  qeyri neft sektorundan gələn qəlirləri hesabına formalaşmışdı. Neft hasilatından gələn gəlirlər yerli büdcədə 12% təşkil edirdi. Lakin bu yalnız neftin yerli büdcədəki payı idi. Azərbaycan nefti SSRİ üçün starteji məhsul həmdə ümumi ittifaq büdcəsinin əsas valyuta təminatçısı idi.

    1991-ci ildə Azərbaycanın müstəqil olması ilə ölkə sərvətləri üzrərində müstəqil qərar qəbul etmək hüququ qazandı. Lakin Azərbaycan bu sahədə də qərbin təcrübəsini tətbiq edə bimədi, əksinə sovet dövründəki yanaşma davam edirildi. Beləki bu sahədə dövləti təmsil edən ARDNŞ (SOCAR) hasilat sənayesində dövlət adından çıxış edirdi. Hasılat   sənayesində özəlləşmə, yerli şirkətlərin yaranması, əhalinin bu sahədə fəaliyyət göstərən şirkətlərin səhimdarlarına çevrilməsi, müəyyən olunmuş həddi keçən səhimdarların isə qərarlaın qəbulunda səs hüquqlu benefisiara çevrilməsi prossesi həyata keçirilmədi. Əksinə neft müqavilələrindən gələn gəlirlər nəticəsində siyasi nifuz sahibləri (SNS) tərifi altına düşən vəzifəli şəxslər bu sahədən küllü miqdarda qanunsuz qazanc əldə edirdilər.

    “Siyasi nüfuz sahibi” termini vacib dövlət funksiyalarına malik və ya malik olmuş fiziki şəxs anlamını verir və aşağıdakı şəxsləri, onların ailə üzvlərini və onların yaxın tərəfdaşları kimi tanınan şəxsləri əhatə edir, lakin bununla məhdudlaşmır: (a) ölkə rəhbərləri, hökumət rəhbərləri, nazirlər, nazir müavinləri və ya köməkçiləri; (b) parlament və ya oxşar qanunvericilik orqanlarının üzvləri; (c) siyasi partiyaların idarəedici orqanlarının üzvləri; (d) ali məhkəmələrin, konstitusiya məhkəmələrinin və ya müstəsna hallardan başqa şikayət verilə bilinməyən qərarlar qəbul edən digər yüksək-səviyyəli məhkəmə orqanlarının üzvləri; (e) hesablama palataların və ya mərkəzi bankların idarə orqanlarının üzvləri;  (f) səfirlər, xüsusi işlər üzrə müvəkillər və silahlı qüvvələrin yüksək-rütbəli vəzifəli şəxsləri; (g) dövlət şirkətlərinin inzibati, idarəetmə və müşahidə şuralarının üzvləri; (h) beynəlxalq təşkilatların direktorlar şurasının və ya eyni funksiyalı orqanının direktorları, direktor müavinləri və üzvləri. (A) bəndindən (h) bəndinə kimi qeyd edilən heç bir dövlət funksiyası, orta-təbəqəli və ya daha kiçik vəzifəli şəxsləri əhatə etməsi kimi qəbul edilə bilməz.

    “Ailə üzvləri” aşağıdakı şəxsləri əhatə edir: (a) siyasi nüfuz sahibinin həyat yoldaşı və ya ona bərabər tutulan şəxs; (b) siyasi nüfuz sahibinin uşaqları və nəvələri və onların həyat yoldaşları və ya onlara bərabər tutulan şəxslər; (c) siyasi nüfuz sahibinin valideynləri və ya nənə və babaları; belə əlaqələrin bioloji, ögey və ya digər qaydada olmasından asılı olmayaraq. “yaxın tərəfdaşları kimi tanınan şəxslər” aşağıdakıları bildirir: (a) siyasi nüfuz sahibləri ilə hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin birgə benefisiar sahibliyə malik və ya hər hansı digər yaxın biznes əlaqəsi olan fiziki şəxslər; (b) siyasi nüfuz sahibinin faktiki gəliri üçün yaradılması məlum olan hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin yeganə benefisiar sahibliyinə malik fiziki şəxslər.”

    SNS-i tərifi altına düşən şəxslər  SOCAR-la birgə müəssisələr yaradır və ya afşorlarda qeydiyyatdan keçirdikləri şirkətlərlə hasilat sənayesində əhəmiyyətli yataqlar üzrə hasilat və satış müqavilələrini əldə etdiblər.

Baxmayaraq ki,MHŞT-ləri, AB-nin Çirkli Pulların Yuyulmasına Qarşı IV və V Direktivləri, BMT-inin çağırışlar, Azərbaycanın MHŞT-i tərk edənə kimi götürdükləri öhdəliklər,hasilat sənayesində şəffafliq, sirkətlərin benefisiarların açıqlanması  SNS-lərinin bu sahədə fəaliyyətinin beynəlxalq tərifə uyğun  həyata keçirilməsini diqtə edir. Bu günə kimi sadə xalq bu sahədə nələr baş verdiyindən çox az məlumatlıdır.

Neft-qaz, qızıl və digər hasilat sahələri üzrə əsas şirkətlər dövlət şirkətləri olduğundan sərvətlərinin hasilatı, satışı və bu sərvətlərdən gələn gəlirlərin idarə olunmasında hüquqi şəxs rolunda dövlət şirkətləri çıxış edirlər.

    Sovet İttifaqının suqutundan sonra, MDB ölkələrində hasilat sənayesinə malik olan Rusiyada bu sahədə özəl şirkətlər yarandı, əhali bu şirkətlərin səhimlərini almaqla benefisiara çevrilmək hüququ əldə etdilər. Lakin Azərbaycan bu prossesi hələdə başlamayıb.

 

Əhalinin hasilat sənayesində iştirakı və ya imitasiya

     SOCAR istiqrazlaının buraxılması əsas ehtibari ilə SOCAR-ın əhalidən maliyyə cəlb edilməsinə yönlənən fəaliyyətdir.  Bu sahədə SOCAR-ın istiqrazlarının buraxılması fiziki şəxslərə gəlir gətirsədə heçdə beynəlxaq benefisial praktikaya uyğun deyil və fiziki şəxslərin hasilat sirkətinin benefisiarına çevrilmısinə xidmət etmir.

   “SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, 2016-ci ilin sentyabr ayında dövriyyəyə buraxılan SOCAR İstiqrazları nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülür.

İstiqraz anlayışı.

İstiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc qiymətli kağızdır. İstiqrazlar əsasən faizli və faizsiz (diskontlu) olmaqla dövlət və korporativ istiqrazlara bölünür.

Dövlət İstiqrazları dövlət tərəfindən buraxılan və dövlət zəmanəti ilə təmin olunan borc qiymətli kağızlardır. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub əsasən büdcə defisitinin bağlanması məqsədilə buraxılır. Dövlət istiqrazlarına Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılan faizli və faizsiz qısamüddətli, bir illik və orta müddətli istiqrazlar aiddir.

Korporativ istiqrazlar banklar və digər şirkətlər tərəfindən biznesin inkişafı, cari əməliyyatların maliyyələşdirilməsi üçün buraxılan borc qiymətli kağızlardır. Korporativ istiqrazlar əsasən kuponlu olmaqla, investorlara müəyyən olunmuş müddətlərdə sabit faiz gəliri  və müddətin sonunda isə əsas məbləği ödəyir.

    Bu təriflərin nəticəsi olaraq bu qənaət gəlmək olur ki, SOCAR dövlət şirkətidir və SOCAR istiqrazları dövlət zəmanətindədir. Həmin dövürdə SOCAR ciddi borclanma böhranı ilə üzləşmişdi və SOACR-ın mənbəyi bəlli olmayan xarici borclarını Mərkəzi və Beynəlxalq bank ödəməklə məşqul idi.https://www.youtube.com/watch?v=mAX_HeYPQAo Bu məqsədlə SOCAR istiqraz buraxaraq müəyyən məbləqdə vəsait cəlb edə bildi.  

İstiqrazlar buraxılmış müddətinə görə, sahiblik qaydalarına görə, istiqrazların məqsədindən asılı olaraq, nominal ödəmə metoduna görə, talonlu gəlirin ödənilməsinə görə təsnifləşdirilir.

İstiqrazların növləri:

  • Sabit dərəcəli istiqrazın kuponu dəyişməz qalır;
  • Üzən dərəcəli istiqrazın kuponu müəyyən faizin dəyişiminə uyğunlaşdırılır;
  • Konvertasiya oluna bilən isteqrazlar investora, istiqrazı şirkətin səhmlərinə dəyişmək imkanı verir.                                                                               
  • İnflyasiyaya bağlı istiqrazlar kupon ödənişi  və nominal dəyəri  inflyasiyaya görə dəyişə biləcək istiqrazlardı.
  • Diskontlu qiyməti nominal dəyərindən aşağı olan kuponsuz istiqrazdır.

Göründüyü  kimi SOCAR istigrazları konvertasiya oluna bilməyən isteqrazlardır. SOCAR istigrazların bu funksiyası hələki elan edilmədiyi ,bu şərt təmin olunmadığı üçün istiqraz sahibləri SOCAR-ın səhmdarına və ya benefisiarına çevrilmısi prosessini özündə etiva etmir.

Ümümilikdə hasilat sənayesində şəffaflıq təmin edilmədikdə vətəndaşlar hətta bu sahələrdə fəaliyyət göstərib səhmlərini  hərraca  çıxaran şirkətlərin səhimlərini dövlət təminatı olmadan əldə etməkdə tərəddüd edəcəkdir.

 

Cəmil Hacıyev.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ