SON DƏQİQƏ

PressDent.Info

Prokurorluq “Gəncə işi”ndə çətin durumda

Prokurorluq “Gəncə işi”ndə çətin durumda
14-06-2019, 23:50 2175 dəfə baxılıb

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev

Bu gün “Gəncə işi” ilə bağlı Sabunçu rayon məhkəməsində 2 qrupun məhkəmə prosesi keçirildi. Əvvəlki məhkəmələrdən fərqli olaraq bu günki məhkəmə prosesində Avropa Birliyinin və ABŞ səfirliyinin nümayəndələri də iştirak etdi. Tanınmış 2 müstəqil vəkil Şəhla Hümbətova və Zibeydə Sadıqova təqsirləndirilən şəxslərin müdafiəsinə qoşuldu və məhkəmə prosesinə qatıldılar…

Adı çəkilən vəkillərin prosesə qatılması elə ilk məhkəmədə hakimlə onlar arasında yaranan gərginliklə müşahidə olundu. Hakim Dadaş İmanovun vəkillərin və təqsirləndirilən şəxslərin çıxışını dəfələrlə kəsməsi, onlara əsassız xəbərdarlıq edib işgəncə mövzusunda danışmalarına mane olması, bir tərəfli mövqe tutuması gərginlik yaratdı. Buna irad bildirən vəkil Şəhla Hümbətova və digər vəkillər hakim Dadaş İmanova yazılı etiraz təqdim etdilər. Etiraza sabahkı məhkəmə prosesində baxılacaq.

Məhkəmənin ən diqqət çəkən məqamlarından biri işgəncə hallarının araşdırılması ilə bağlı Respublika Baş prokurorluğunun məhkəməyə ünvanladığı qərar idi. 1- ci müavin Rüstəm Usubov tərəfindən imzalanan qərarda qeyd olunur ki, təqsirləndirilən şəxslərə işgəncə verilməsi ilə bağlı iddialar təsdiqini tapmadı (!?). Prokurorluğun bu qərarı bədənlərində işgəncə izləri hələ də qalan və bunun fiziki- mənəvi əzabını yaşayan məhbusların etirazına səbəb oldu. Prokurorluğun “araşdırması” isə həmişəki kimi birtərəfli, başdansovdu olmaqla sadəcə ümumi söz yığnağından ibarət idi, “Araşdırma”- nın əsas hallarından olan 10- 11 iyul 2018- ci il tarixlərdə Gəncədə polis İdarələrində videokamerala baxış keçirilməsi “unudulmuşdu”…

“Gəncə işi”- nə ictimai diqqət artandan sonra bu işi düzüb- qoşanlar, xüsusən repsublika prokurorluğu çətin duruma düşüb. Aylardır məhkəmələr davam edir. Obyektiv, ədalətli araşdırma apara bilmirlər. Məhkəməni də yekunlaşdıra bilmirlər. Çünki yalanı boğa, qanunsuzluq və saxtakarlığı ört- basdır edə bilmirlər. Beynəlxalq qurumların məhkəməyə diqqətinin artması, müstəqil və təcrübəli vəkillərin işə qoşulması “Gəncə işi” ilə bağlı istintaq orqanlarının ifşa olunmasını daha da surətləndirir.

Belə yerdə deyiblər; nə tökərsən aşına, o da çıxar qaşığına…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ