SON DƏQİQƏ

PressDent.Info

Brilliantın bacısı oğlu Elzanın bacısına qarşı

Brilliantın bacısı oğlu Elzanın bacısına qarşı
2-10-2018, 18:46 5829 dəfə baxılıb

Bu axşam Space TV-də teleməkanın ən maraqlı layihələrindən olan “Musiqi meydan”ın növbəti buraxılışı yayımlanacaq. 

 

Aparıcı Kamran Həsənlinin təqdimatında izlədiyiniz verilişin budəfəki iştirakçıları xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Cəmil Dadaşov və əməkdar artist Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan olacaqlar. 


Bu dəfə də "Musiqili meydan"da üz-üzə gələcək sənətçilər bir-biri ilə yarışacaq.

 

İfasını bəyəndiyiniz iştirakçını birinci etmək sizin əlinizdədir!

Elə isə bu axşam saat 21.45-dən 00.00-dək Space TV-ni izləyin və rəğbət bəslədiyiniz ifaçıya səs verərək onu qalib edin!

Qeyd edək ki, verilişin ideya müəllifi və layihə rəhbəri Anar Əliyev, prodüseri Sənan Sərdaroğludur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ