SON DƏQİQƏ

PressDent.Info

Aparıcı Vüsalə Əlizadə türklərlə iş birliyi qurdu (ÖZƏL)

Aparıcı Vüsalə Əlizadə türklərlə iş birliyi qurdu (ÖZƏL)
18-09-2018, 17:17 8961 dəfə baxılıb

Aparıcı Vüsalə Əlizadə yeni mövsümdə yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq. 


"Yeni verilişim Türkiyənin məşhur "Renk Medya" şirkəti tərəfindən ərsəyə gətiriləcək. Bu şirkət Azərbaycanda bu vaxta kimi "Məni yarımdan soruş", "Bu stil mənim" kimi maraqlı verilişlər hazırlayıb. 

Mart ayında onlardan mənə təklif gəldi. Görüşdük, danışdıq və hazırlıqlara başladıq. O vaxt hələ bu haqda danışmaq istəmirdim, çünki düşünürdüm ki, birdən alınmaz. 4 il iki fərqli formatda davam edən "Qadına görə" verilişini hələ ki, bağlamışıq. O layihə mənə məxsusdur və gələcəkdə ehtiyac olarsa, davam etdirə bilərəm. Qadınlara yayarlı olacaq verilişlər hazırlamaq mənə zövq verir. 

Yeni layihədə bir çox məqamlara toxuncağıq. Düşünürəm ki, çox maraqlı olacaq. Azərbaycan xanımları çox gözəldir, sadəcə olaraq, daha da baxımlı olmaq üçün bir az çalışmalıdırlar. Əslində, az büdcə ilə də baxımlı olmaq mümkündür. Bir bəy də verilişimizə baxıb, bir xanımın gözəlliyini önə çıxaracaq şərtləri öyrənə bilər. Münsiflərimiz isə stilist Elnur Həsənov və modelyer Gülnarə Xəlilova olacaq. Verilişə Türkiyənin məşhur simalarının gəlişi də gözlənilir". 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ