SON DƏQİQƏ

PressDent.Info

Orxan Fikrətoğlu bu kanalda aparıcılıq edəcək

Orxan Fikrətoğlu bu kanalda aparıcılıq edəcək
13-09-2018, 15:54 3741 dəfə baxılıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir sevilən sima ilə tamaşaçı görüşünə gəlir.

Teleaparıcı Orxan Fikrətoğlu “Halbuki” adlı yeni telelayihədə günün  əsas xəbərini şərh edəcək.  

Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər. 

Xüsusilə dövlətçiliyin təməl prinsiplərinin qorunmasına xidmət edəcək “Halbuki”   prioritet əhəmiyyət kəsb edən mövzuları İctimai Televiziya efirinə daşıyaraq auditoriyanın maarifləndirilməsinə çalışacaq. 

Televiziyanın İnformasiya Departamentinin nəzdində yer alacaq veriliş 17-sentyabrdan etibarən həftə içi hər gün saat 20:50-də efirə çıxacaq.


ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ