SON DƏQİQƏ

PressDent.Info

Təranə özünü öldürmək istədi

Təranə özünü öldürmək istədi
28-08-2018, 17:14 7569 dəfə baxılıb

Prodüser Təranə Səmədova intihara cəhd edib.

Bu barədə Səmədova özü məlumat verib.

O, qoluna sistem qoşulmuş fotosunu izləyiciləri ilə paylaşıb və yazıb:

"Həyat məni çox sınağa çəkdi, səhv seçimlər, səhv addımlar, səhv adamlar, səhv məkanlar, hamısının altını çəkirəm. Mən həyatda çox sındım, sındırılmağa çalışıldım, amma həyat arada-sırada ani xoşbətliklərlə də başımı qatdı, bu qədər əzilməklərimin qarşılığında "Nə yaxşı ki, varsan" deyə biləcəyim insanları da yetirdi mənə, elə ən böyük təskinliklərimi də onlarda tapdım. Bundan sonra da qoy sarsılım, üzülüm, bəs bəzi insancıqlar həyatda nədən sevinsinlər, nədən zövq alsınlar, amma ən böyük qələbəm də elə varlığımdır. Bu gün artıq üsyan edirdim, Allahdan ucuz bir ölüm istəyirdim, amma indi düşünürəm ki, İnşaAllah, Rəbbim mənə uzun ömür verər, rahatsız etdiyim insanlar qoy elə mənə görə narahat həyatlarını yaşasınlar, qoy arada-sırada da sevinsinlər də. Lap elə bu şəkildəki görüntümə sevindikləri kimi. Hər yıxılışım növbəti zəfərim üçün təkandır".


 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ