SON DƏQİQƏ

PressDent.Info

"Best model of Azerbaijan" bu səbəbdən 8 il keçirilməyib

23-08-2018, 17:01 7482 dəfə baxılıb

Azərbaycanda 8 ildən sonra yenidən "Best model of Azerbaijan" müsabiqəsi keçiriləcək.

Müsabiqənin ilk kastinqi sentyabrın 4-də baş tutacaq.

"Best model of Azerbaijan - 2018"-in milli direktoru Aqil Məmiyev müsabiqə haqqında saytımıza bunları deyib:

"İlk növbədə onu qeyd edim ki, müsabiqə Azərbaycanda 8 ildən sonra yenidən keçiriləcək. Bu illər ərzində Azərbaycandan lisenziyanı heç kim əldə etməmişdi deyə, ona görə də müsabiqə keçirilmirdi. Düşündüm ki, layihə üçün hər kəs darıxıb və yenidən keçirmək lazımdır.

Ötən illərə nəzər salsaq, görərik ki, müsabiqə həm görüntü, həm də təşkilatçılıq tərəfindən zəif olub. Bizim isə əsas məqsədimiz layihəni yüksək səviyyədə hazırlamaqdır. Təşkilati işlər qaydasında olanda qaliblər də, müsabiqə də medianın diqqətində olur. Burada əsas məqsəd qalib olan modellərə həm Azərbaycanda, həm də Türkiyədə inkişaf üçün hər bir şəraiti yaratmaqdır. Münsif heyətini hələ açıqlaya bilməyəcəyəm, amma Türkiyədən bir çox məşhurların gəlişi gözlənilir. Bir onu deyə bilərəm ki, müsabiqənin finalında Erkan Özerman iştirak edəcək. Qalib Azərbaycanı "Best model of the world"-da təmsil edəcək.

Bu il keçiriləcək müsabiqənin təşkilati işlər üzrə direktroru Pərviz Əzimzadə, baş prodüseri isə Rəna Sultanovadır". 

Aqil Məmiyev 


Qeyd edək ki, müsabiqə Azərbaycanda ilk dəfə 2000-ci ildə mərhum türkiyəli biznesmen Nahit Kabakçı tərəfindən keçirilib. Daha sonra müsabiqənin keçirilməsi xalq artisti Aygün Kazımovanın, müğənni Ruhi Əliyevanın təşkilatçılığı ilə müxtəlif illərdə Bakıda davam edib. 2010-cu ildə keçirilən sonuncu “Best model of Azerbaijan”-ın təşkilatçısı isə model Validə Abbasova olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ