SON DƏQİQƏ

PressDent.Info

Sevda Yahyayevanın “İtmiş ada” adlı solo-konserti keçirildi.

Sevda Yahyayevanın “İtmiş ada” adlı solo-konserti keçirildi.
12-08-2015, 03:38 28481 dəfə baxılıb

Bu axşam Yaşıl Teatrda müğənni Sevda Yahyayevanın "İtmiş ada” adlı solo-konserti keçirildi.

Bir müğənninin ən azı insani keyfiyyətlərini bəyəndiyim üçün mən bu tədbiri buraxa bilməzdim. Amma bilmirdim ki, buna peşman olacam, ya əksinə - konsertdən ləzzət aldığım üçün təşkilatçilara minnətdarlığımı bildirəcəm.

Bəli, ləzzət aldım. Sevdanın geyimindən, onun ümümi görünüşündən, həttə onunla çıxış edən rəqs qrupundan.Yalnız müğənninin ifasından ləzzət ala bilmədim. Həm də tək mən yox... Buna sübut kimi antrakdan sonra bir çox tamaşaçının Yaşıl Teatrı tərk etməsini göstərə bilərəm. Tamaşaçılar konsert qabağı zalı demək olar ki, tam doldursalarda, tədbir başlanandan 1 saat sonra onlarla insan oranı tərk etmişdi. Və buna səbəb heçdə Sevdanın pis oxumağı yox, sadəcə, tamaşaçıların onu pis eşitməyi idi desəm, yanılmaram.

Tamaşaçılar da, müğənni də Yaşıl Teatrın əbədi problemi ilə yenidən rastlaşdılar - bu səslə olan problem idi. Düzdü, ola bilsin ki, Sevdanın səsi bu axşam tam yerində deyildi, lakin texniki problem təbii problemi qat-qat üstələyirdi.  Və hamı sıxılırdı - qəzəbini güclə saxlayan müğənni də, özlərini diskomfort hiss edən tamaşaçılar da. Bilmirəm Yaşıl Teatrda səs rejissorları özlərini necə hiss edirdilər, amma mən bu axşam onların yerində olmaq istəməzdim.

İndi isə keçək bir az pozitiv məsələlərə, yəni konsertə gələn tanınmış simalara. Burada meyxanaçı Namiq Qaraçuxurlu və onun eks-prodüseri Ataş Hüseyndən  tutmuş, müğənnilər Emil Bədəlov  və Xəyyam Nisanovu görmək olardı. Röya konserdə görsənməsə də, onun prodüseri Kənan burada idi. Köhnə dostlar (İndi əlaqələri nə qədər möhkəmdir deyə bilmərəm) Ramal İsrafilov və Abbas Bağırovda konsertdə görsəndi. Lakin onların heç biri səbəbkarı kölgədə qoya bilmədi - Sevda öz görnüşü ilə və səhnədəki davranışı ilə hamının ürəklərini oğurlamışdı. Heyif ki, onun uğuru kiminsə səhlənkarlığı ucbatından oğurlandı...

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ