SON DƏQİQƏ

PressDent.Info

51 yaşlı Monika Belluçi gözəlliyilə gənc qızlara meydan oxuyur (FOTO)

51 yaşlı Monika Belluçi gözəlliyilə gənc qızlara meydan oxuyur (FOTO)
2-10-2015, 17:02 115744 dəfə baxılıb

Dünya şöhrətli aktrisa Monika Belluçi bu gün 51 yaşını qeyd edib.

Məlumatına görə, yarım əsirlik həyat sürən Monika hələ də gözəlliyilə gənc qızlara meydan oxuyur.

Tanınmış aktrisanın doğulmasında da böyük qəribəliklər olub. Onun anasının övladı olmurmuş. Həkimlərin köməkliyilə qadın Monika Belluçiyə hamilə qalıb.

1986-cı ildə Peruca Universitetinə qəbul olunan Monika təhsil haqqını ödəmək üçün pitseriyaya ofisiant kimi işə düzəlib. Sonra isə gözəl görünüşü onun karına gəlib – o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayıb.


Monika 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. O, Milandakı ən nüfuzlu model agentliyi olan "Elit"ə dəvət edilib. Təsadüf nəticəsində həmin dövrdə Moda Evinin menecerləri firmanın simvolu olacaq model axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu "Dolce and Gabbana"nın rəsmi siması seçiblər. Məşhur modelyerlərlə iş tezliklə öz bəhrəsini verib – Monika Beluççi tez-tez moda jurnallarının üz qabığında peyda olmağa başlayıb.


Paralel olaraq onun kino həyatı başlayıb. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görüb və Monika "Brem Stokerin Drakulası" filmində kiçik rol alıb. Bu filmdən sonra onu ABŞ-da da tanıyıblar.


Monika Beluççi İtaliyan filmlərindən başqa, fransız filmlərində də rollar alıb. Bunların arasında "Mənzil", "Doberman" və "Qurd qardaşlığı" filmlərini göstərmək olar.


"Mənzil" filmi ona aktrisa kimi ilk uğurunu gətirib. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu "Sezar" mükafatına nominant kimi irəli sürülüb. Həmin filmdə Monika sonradan ailə həyata qurduğu məşhur aktyor Vensan Kassellə tərəf müqabili olub. 1997-ci ildə çəkilən "Doberman" filmində Beluççi lal-kar qadın rolunu oynayıb. Bu film onun həyatında ilk ciddi sınağa çevrilib. Vensan Kassellə nikah isə onun əsl böyük kinoya yolunu açıb.


2001-ci ildə Monikanın iştirakı ilə ekrana 2 film – "Qurd qardaşlığı" və "Malena" çıxıb. O, "Malena"da növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırıb. Film 14 dəfə müxtəlif mükafatlar, o cümlədən "Qızıl qlobus" almağa namizəd kimi irəli sürülüb.


2002-ci il Kann kinofestivalının sensasiyası isə Qaspar Noenin "Geridönməzlik" filmi olub. Filmdə Monikanın iştirakı ilə 9 dəqiqəlik zorakılıq səhnəsi tamaşaçıların neqativ reaksiyasına səbəb olub. Onların bir hissəsi ilk premyera günü zalı tərk edib.


Monika Belluççi artıq 50-dən çox filmə çəkilib. Onun bu filmlərdə tərəf müqabilləri Entoni Hopkins, Cin Hekman, Şon Konneri, Bryus Uills kimi şəxslər olub. O, "Matritsa" filminin ikinci və üçüncü hissələrində isə Kianu Rivzlə bir yerdə çəkilib.


Monika Beluççi "Pirelli" təqvimi üçün 2 dəfə çəkilən azsaylı modellərdən biridir. O, 2001-ci ildən etibarən "Cartier" zərgərlik evinin simasıdır.
1999-cu ildə Monika Belluççi və Vensan Kassel evləniblər. Onların tanışlığı isə 1996-cı ilə təsadüf edir. O zaman Beluççi və Kassel "Mənzilcik" (L appartement) filmində çəkiliblər. Evlilikdən 3 il sonra isə onlar "Geridönməzlik" (Irreversible) filmində tərəf müqabili olublar. 2004-cü ildə cütlüyün Deva, 2010-cu ildə isə Leoni adlı qızları doğulub[1]. Cütlük 2013-cü ilin avqustunda boşanıb

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ