SON DƏQİQƏ

PressDent.Info

“Geyimimə ayda 60 min xərcləyirəm”- Rəqsanənin qızı

“Geyimimə ayda 60 min xərcləyirəm”- Rəqsanənin qızı
2-09-2015, 06:43 22827 dəfə baxılıb

Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun geyimlərinin qiymətindən danışıb. 

Pressdent.info axşam.az-a istinadən xəbər verir ki, o, geyimlərə ayda 60 min xərclədiyini qeyd edib:

“Ancaq brendlərdən geyinərəm. Ayda 60 minə qədər geyimə pul verirəm. Çünki hansısa mağazaya girəndə 1 libasla kifayətlənmirəm. Çox paltar alıram. Aksessuarlarımı həmişə anam alır. Qarderobumda ən çox yeri bahalı ayaqqabılar tutur. Hətta bir dəfə çox sadə bir ayaqqabıya 5600 manat vermişəm. Xərclədiyim pula heç vaxt heyfslənmirəm. Hərdən ucuz paltarlar da geyinə bilərəm. Məsələn, hazırda əynimdə olan paltarlar o qədər də bahalı deyil".

A.İsmayılova əyin-başına xərclədiyi məbləği də açıqlayıb:

Pencək – 70 manat

Top – 15 manat

Şalvarım öz zövqümlə tikilib – 100 manat xərcim çıxıb

Ayaqqabı – 300 manat 

Boyunbağı anamın hədiyyəsidir.

Üzüyüm isə bahalı bir brenddəndir.

A.İsmayılova yaxın günlərdə aparıcılıq edəcəyini də bildirib:

“Dəblə bağlı bir veriliş hazırlanır. Aparıcısı özüm olacam. Geniş məlumat verə bilmirəm, icazə yoxdur. Amma xarici, türk və yerli məşhurlarımız qonaq olacaq. Hətda evlərə də qonaq gedəcəm".
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ