SON DƏQİQƏ

PressDent.Info

Qızının toyuna hazırlaşan Elza xəstələndi - FOTO

Qızının toyuna hazırlaşan Elza xəstələndi - FOTO
12-08-2015, 11:16 32309 dəfə baxılıb

Əməkdar artist Elza Seyidcahanın səhhəti pisləşib. 

Axşam.az-a açıqlama verən müğənni çox yorulduğunu bildirib:

"İki ildir istirahətsiz işləyirəm. Orqanizmim yorğun düşüb, həm də soyuqlamışam. Dünən "Azərbaycanın səsi" layihəsində də hamı bunu hiss etdi. Heç bir müalicə almıram. Mənim dərmanım yaradıcılıqla məşğul olmaqdır".

E.Seyidcahan qızının toy hazırlıqlarından da danışıb:

"Bütün günü başım dəvətnamə göndərməyə, qonaqlara zəng etməyə qarışıb. Analoqu olmayan bir toy hazırlayıram. Başdan-ayağa sürprizlər olacaq. Hamı bu toydan danışacaq. Toya ad da qoymuşam: "Qızımın toyu". Bu mənim növbəti layihəmdir".

Müğənni "Azərbaycanın səsi" layihəsindəki obrazından da bəhs edib. O, "Modelyer Leyla Əhmədova bu dəfə mənə "Qara libaslı qadın" obrazını yaratdı" deyə, əlavə edib.

Qızının toyuna hazırlaşan Elza xəstələndi - FOTO

Qızının toyuna hazırlaşan Elza xəstələndi - FOTO

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ