SON DƏQİQƏ

PressDent.Info

Suyumuzu da zәhәrlәyәn korrupsiyadır

Suyumuzu da zәhәrlәyәn korrupsiyadır
13-06-2017, 18:43 7569 dəfə baxılıb

Yaxud dərdi çoxaldıb, dərmana qənaət etmək

Bu ölkədə “sürpriz”lər bitmir. Hər gün uğurlu siyasətin yeni “töhfə”ləriylə üz-üzə qalırıq. Artıq bir neçə gündür ki, 100-dən artıq adamın infeksiyaya yoluxmasıyla bağlı xəbərlər yayılır və siyahı genişlənməyə davam edir. Müxalifətin zəhərinin dozasını ölçməklə məşğul olan hökumət isə hələ də adamların zəhərlənmə səbəbini tapa bilmir. Məlum xəbər icitmailəşdikdən sonra müxtəlif versiyalar üzə çıxdı. İlk gündən infeksiyanın sudan keçdiyi bildirilsə də, müxtələif mənbələr müxtəlif meyvə-tərəvəz adları sadalamağa başladılar. Rəsmi açıqlama isə bundan ibarətdir ki, araşdırma aparılır, xüsusi qrup yaradılıb, gücləndirilmiş iş rejiminə keçilib və.s
Amma son məlumatlar yenə də suyun üzərində fokuslaşdı. Adının çəkilməsini istəməyən “Azərsu” ASC-nin məsul şəxsi deyib ki, suyun tərkibinə zəruri olan dərman qatılmayıb. Yəni, hər il suyun tərkibiniə qatılan xlortərkibli dərman, bu il maddi sıxıntılar səbəbindən təxirə salınıb. Halbuki, 2017-ci il iyunun 5-də prezidentin sərəncamıyla əkin sahələrinin suvarılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün daha 10,5 milyon manat ayırıb. Ümulilikdə isə bu məqsədlə ayrılan vəsait 26.5 milyon maant təşkil edir.
Bu vəsaitin hansı məqsədlə xərcləndiyi, kimlərin cibinə dərman olduğu ayrıca yazının mövzusudur. Məlum olan isə budur ki, pulsuzluğu bəhanə gətirərək, milyonlarla insanın taleyi təhlükə altına atılıb. Əgər həqiqətən də kütləvi infeksiya məhz bu faktla bağlıdırsa, xeyli sayda səlahiyyətli şəxs həbs olunmalıdı. Çünki, bilərəkdən insanların həyatını təhlükəyə atmaq da terrorun bir növüdür. Faktiki olaraq milyardların talan eildiyi ölkədə, suya dərman vurulması üçün qəpik-quruş xərcləməyə ehtiyac duyulmayıb. Başbilənlər qənaət rejimini xalqın sağlamlığı bahasına həyata keçirmək qərarına gəliblər. Büdcəyə haram, insanları taleyinə dərd, məhəkəmələrə ədalətsizlik, səhiyyəyə xəstəlik, təhsilə savadsızlıq qatanlar, suya dərman qatmaqdan imtina ediblər. Dərd sahəsində bolluq yaradıb, dərman məsələsində qənaətə keçiblər.
Təkcə bu faktın iziylə yola çıxanda insan dəhşətə gəlir. Bu zehniyyətin sahibləri vətəndaşa vaxtı keçmiş qida da yedizdirər, tərkibi oğurlanmış dərman satar. Onsuz da ölkə əhalisin yarıdan çoxu müxtəlif xəstəliklərdən əziyyətə çəkir, onsuz da ölkə səhiyyəsinə etibar edilmir, onsuz da vətəndaş zəruri ehtiyaclarını ödəmək iqtidarında deyil. Belə bir vəziyyətdə vətəndaşı üstəlik su ilə də sınağa çəkmək cinayətdir. Yüzlərlə insan hansısa harının, korrupsionerin qurbanına çevrilir. Ən dəhəşətlisi isə budur ki, bugünə qədər üzə çıxan cinayət faktları kimi, bu hadisənin də izi itiriləcək.
Həqiqətən də suda bir inci saflığı var, su həyat mənbəyidir. Amma Azərbaycan reallığı da göstərir ki, bir inci saflığı olsa da suda, dərman qatılmayanda, korrupsiya zirvəyə çıxanda, natəmiz adamlar iş başında olanda incilikdən əsər-əlamət qalmır. Bu ölkədə Allahın yaratdığı nemətləri, bəndələr dərdə çevirməklə məşğul olurlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ