SON DƏQİQƏ

PressDent.Info

Bu uşaq yaşıl çayın xərçəng xəstəliyini öldürdüyünü sübut etdi-VİDEO

Bu uşaq yaşıl çayın xərçəng xəstəliyini öldürdüyünü sübut etdi-VİDEO
18-04-2017, 15:30 8439 dəfə baxılıb

Amerikalı məktəbli 12 yaşlı  Stiven Litt  yaşın çayın tərkibində xərçəng xəstəliyini öldürən maddə aşkarlayıb. Bu ixtira Corciyada uşaq elmi sərgisində layihə çərçivəsində edilib.
 
Litt müəyyən edib ki, yaşıl çayın tərkibində  olan antioksidantlar qurdların xərçəng hüceyrələrinə mənfi təsir göstərir. Öz ixtirası sayəsində uşaq  sərginin əsas mükafatını alıb və alimlərin diqqətini özünə cəlb edə bilib.
 
Əlində olan materialları və keçirilən təcrübələri analiz edən Stiven  araşdırma üçün lazım olan  bütün materialları  İnternetdən sifariş edib və evində mini laboratoriya  hazırlayıb. O, polifenolun  kanseroqenlə zəhərlənmiş fərdlərdə şişlərin yaranmasının qarşısını aldığı hipotezini sübut etmək üçün təcrübə qurdlarını 4 qrupa bölüb . Stiven  təkbaşına kimyəvi maddələrlə işləyə bilmədiyi üçüne eksperimentdə uşağa kimya təhsili olan atası yardım edib.
 
Elmi  sərginin  əsas mükafatını alan Stivenə  Tafsta Universitetinin  alimləri diqqət göstərib. Onlar uşağı öz yanlarına dəvət edərək araşdırmanın aparıldığı laboratoriyaları göstəriblər. Yeddinci sinif şagirdi  görünməmiş təcrübə əldə edib və xərçəng xəstəliyi üçün dərman axtaracaq alim olmağı arzulayır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ