SON DƏQİQƏ

PressDent.Info

Suriya ilə bağlı Astana görüşündə müşahidəçilərin sayı arta bilər

Suriya ilə bağlı Astana görüşündə müşahidəçilərin sayı arta bilər
18-04-2017, 14:12 7830 dəfə baxılıb

Qazaxıstan XİN-i Astanada Suriya münaqişəsinin həlli üçün beynəlxalq  görüşdə   müşahidəçilərin dairəsini genişləndirmək barədə məsələ qaldırıb. Bu barədə  Qazaxıstanın  XİN rəhbəri  Qayrat  Abdrahmanov deyib. 
 
«Qazaxıstan tərəfi  zamin ölkələr  tərəfindən bu məsələni müzakirə edir ki, döyüş fəaliyyətlərinin dayandırılması rejimində maraqlı olan bütün ölkələr Astana prosesini müşahidə edə bilsinlər», - deyə o, əlavə edib.
 
Nazirin sözlərinə görə, bu məsələ  Suriyada atəşkəs rejiminə riayət olunmasının  təminatçısı olan ölkələr qarşısında qoyulub.
 
 
«Zamin ölkələr – xüsusən  Rusiya Federasiyası  qarşısında Səudiyyə Ərəbistanı, Qətər kimi ərəb ölkələrinin iştirak  imkanı barədə məsələ qaldırmışdıq. Digər tərəfdən Avropa İttifaqının Astana prosesinin gedişindən xəbərdar olmasında maraqlıyıq», - deyə Abdrahmanov vurğulayıb.
 
XİN rəhbəri Qazaxıstanın Astanada Suriyada vəziyyətin nizamlanması barədə beynəlxalq görüşə  hazırlaşdığı barədə xəbər verib: «Yaxın günlərdə  Tehranda  zamin ölkələrin  kiçik tərkibdə görüşü olmalıdır, onun yekunundan  sonra zamin ölkələrin Astana  prosesi üçün növbəti addımları barədə məlumatımız olacaq», - deyə nazir bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ