SON DƏQİQƏ

PressDent.Info

Yarmarkalarda baytarlıq nəzarəti arzuolunan deyil

Yarmarkalarda baytarlıq nəzarəti arzuolunan deyil
9-03-2017, 16:56 12006 dəfə baxılıb

Eyyub Hüseynov: “Bakı get-gedə sallaqxanaya çevrilməkdədir”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti satış yarmarkaları və bazarlarda, ticarət yerlərində baytarlıq-sanitariya qaydalarına nəzarəti gücləndirəcək. “Report”un məlumatına görə, müvafiq işlər martın 14-24-də təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında həyata keçiriləcək. Dövlət Baytarlıq Xidmətinin imzaladığı əmrdə bayram ərəfəsi və bayram günlərində rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə heyvan və heyvan mənşəli məhsulların satış yerlərində ətin və digər heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi tapşırılıb. Həmçinin, Bakının rayonlarında, Sumqayıt və Abşeron ərazisindəki yarmarkalara çıxarılacaq heyvan və heyvan mənşəli məhsulların yerindəcə müayinəsi üçün ərazilərdə səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov sözügedən ekspertizaları qaneedici hesab etmir. AİB sədri deyir ki, təmsil etdiyi qurum ötən gün 3-cü mikrorayon bazarında monitorinq aparıb. Nəticədə bazardakı baytarlıq nəzarətinin mənfi səviyyədə olduğu aşkar olunub:
“Oradakı laboratoriya olduqca primitiv araşdırma aparır. Bu sahədə ciddi dəyişiklik aparmaq lazımdır. Ölkə laboratoriyaları brüssellyoza qarşı heç bir tədqiqat aparmır. Heyvanı kəsməmişdən öncə qan analizi götürüb brüssellyoz olub-olmadığı müəyyən edilməlidir. Bizdə isə bu proses tam yarıtmaz şəkildədir. Laboratoriyalar yalnız qarayaraya qarşı metodlar müəyyən edə bilər. Lakin bu araşdırma da arzuolunan səviyyədə deyil. Əhali laboratoriyaların işindən razı olmadığı üçün gözünün qabagında kəsilən heyvanların ətinə üstünlük verir. Ümumi mənzərəyə nəzər yetirsək, Bakı sallaqxanaya çevrilə-çevrilə getməkdədir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ