SON DƏQİQƏ

PressDent.Info

Ötən il 556 nəfər İİV-ə yoluxub

Ötən il 556 nəfər İİV-ə yoluxub
14-02-2017, 13:36 15138 dəfə baxılıb

2016-cı il ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 556 nəfərdə təsdiqlənmişdir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 97,3% Azərbaycan vətəndaşı, 2,7% isə əcnəbidir. Qeydiyyata alınmış 541 Azərbaycan vətəndaşından 64,0% kişi, 36,0% qadındır.

Ümumilikdə 2016-cı ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5376 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,3% kişi, 27,7% qadındır. QİÇS mərhələsində olanlar 1312 nəfər təşkil edir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə, 7,3% -də yoluxma yolu müəyyən edilməmişdir.

08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2538 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 640 nəfərə müalicə 2016-cı il ərzində başlanılmışdır. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 241 hamilə ART-yə qoşulmuşdur.

Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı il ərzində 145 388 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 105 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir, onlardan 44 nəfəri yeni aşkar olunan şəxslərdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ