SON DƏQİQƏ

PressDent.Info

Daha bir ana doğuş zamanı öldü

Daha bir ana doğuş zamanı öldü
17-11-2016, 16:12 15834 dəfə baxılıb

Şamaxı rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbləri açıqlanıb. Hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.
Ərçiman kənd 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.
Doğuşu qəbul edən mama-ginekoloq Nəzakət Abdulrazaqova APA-ya bildirib ki, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb.
Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb.
Bu, qadının ilk hamiləliyi olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

***
Bu gün Şamaxı rayonunda doğuş zamanı ana ölümü qeydə alınıb. Bu barədə Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Artıq hadisə ilə bağlı Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ana ölümünün baş vermə səbəblərini araşdıracaq.
Şamaxı rayon Mərkəzi Xəstəxanasından fakt təsdiqlənib. Xəstəxanadan bildirilib ki, adı açıqlanmayan həmin qadının ağciyərində problem varmış .
Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ