SON DƏQİQƏ

PressDent.Info

Rusiyanı 3 ağır il gözləyir

Rusiyanı 3 ağır il gözləyir
15-11-2016, 17:01 16095 dəfə baxılıb

Yaxın 3 ildə daxili və xarici şərtlər Rusiya iqtisadiyyatı üçün mürəkkəb qalmaqda davam edəcək. Bunu Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina bildirib. Baş bankirin sözlərinə görə, hökumət iqtisadiyyatda srtruktur islahatları aparmasa, mümkün ÜDM artımı 2%-dən aşağı proqnozlaşdırılır.

Baş bankirin sözlərinə görə, iqtisadiyyatın canlanması 2008-2009-ci illərin maliyyə böhranından fərqli olaraq daha uzun müddət çəkə bilər.

“Mərkəzi Bankın proqnozlarına görə, yaxın 3 ildə neftin qiyməti 40 dollar səviyyəsində qalacaq. Amma onun 25 dollar qədər enmə ehtimalı da var. RMB bu ehtimalın az olduğunu bildirsə də, bunu həmişə ehtiyatda saxlayır”, – deyə baş bankir bildirib.

O qeyd edib ki, bu ssenari reallaşsa, 2017-2018-ci ildə iqtisadi durğunluq davam edəcək.

Baş bankir Rusiyaya qarşı tətbiq olunan sanksiyaların davam edəcəyini və dünya iqtisadiyyatının yavaş artım göstərəcəyini proqnozlaşdırdıqlarını qeyd edib. O, 2016-cı ildə Rusiyadan kapital axınının 20 mlrd. ABŞ dollarından az olacağını söyləyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ