SON DƏQİQƏ

PressDent.Info

NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır

NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır
27-10-2016, 00:13 12876 dəfə baxılıb

Bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

“Bu gün Kanada, Almaniya, Niderland, Polşa, Türkiyə və ABŞ Qara dənizdə NATO-nun iştirakını möhkəmləndirmək üçün Rumıniyaya  özlərinin quru, dəniz və hava qüvvələrini göndərməyə hazır olduqlarını bildiriblər”, deyə Y.Stoltenberq bildirib.

Baş katib həmçinin deyib ki, Alyansın 2017-ci ilin əvvəlində Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə təmsil olunacaq: “Albaniya, İtaliya, Polşa, Sloveniya hərbçiləri Latviyada   Kanada kontingentinə, Danimarka və Fransa hərbçiləri Litvada Böyük Britaniya  kontingentinə və nəhayət Rumıniya və Böyük Britaniya hərbçiləri Polşada ABŞ hərbi kontingentinə qoşulacaq”.

Qeyd edək ki, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şurasının sammiti keçirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ