SON DƏQİQƏ

PressDent.Info

Əfqanıstanın Hellmənd əyalətində 51 terrorçu məhv edilib

Əfqanıstanın Hellmənd əyalətində 51 terrorçu məhv edilib
19-10-2016, 00:54 13311 dəfə baxılıb

Əfqanıstan Təhlükəsizlik Qüvvələrinin Helmənd  əyalətində  həyata keçirdiyi əməliyyat nəticəsində  «Taliban» terror təşkilatının  51 üzvü məhv edilib. Ölənlər arasında 3 komandir də var. Bu barədə TOLO News telekanalı xəbər yayıb.
 
Telekanalın məlumatına görə, əməliyyat əyalət paytaxtı Laşkarqahın Başran rayonunda həyata keçirilib. Bildirilir ki, hərbçilər  terrorçuların  nəqliyyat vasitələrini və silahlarını  məhv edə biliblər. 
 
Qeyd edək ki, Əfqanıstan  hökuməti ötən həftə Helmənd əyalətinin Laşkarqah şəhərində genişmiqyaslı hücum əməliyyatına başlayacaqları ilə bağlı xəbər vermişdilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ