SON DƏQİQƏ

PressDent.Info

Siqaret orqanizmin genetikasına təsir edir

Siqaret orqanizmin genetikasına təsir edir
24-09-2016, 11:59 18009 dəfə baxılıb

Tütün məhsullarına qarşı aparılan bir çox kampaniya və ya qəbul edilmiş qanunların sayına baxmayaraq, siqaret hələ də dünyada ölüm hallarına gətirib çıxaran əsas səbəblərdən biri olaraq qalır.

Milli Ekoloji Səhiyyə Araşdırmaları İnstitutunun (ABŞ) alimləri siqaret çəkən insanların orqanizmində 7000-ə yaxın genin fəaliyyətində aktiv dəyişikliklərin baş verdiyini aşkar ediblər. Alimlərin fikrincə, bu dəyişikliklər DNT metilyasiyası – orqanizmdə hər bir hüceyrənin normal fəaliyyəti üçün vacib bir proseslə bağlıdır.

Eksperimentdə 16 müxtəlif araşdırmanın nəticələrini analiz edilib. Bu araşdırmalarda uzun illər ərzində siqaret çəkənlər, bu pis vərdişi buraxanlar və ya ümumiyyətlə siqaret çəkməyən 16 min şəxsin genlərinin analizi aparılıb.

Dəyişikliklər epigenom – DNT-nin işinə cavabdeh olan kimyəvi proseslər səviyyəsində baş verib və DNT-nin metilyasiyası ilə əlaqəli olub. Metilyasiya mexanizmi insan orqanizmində “tıxac” kimi işləyir, sanki onlara hazırda ehtiyac olmadığını və ya təhlükəli olduğunu göstərərək bu və ya digər mühüm genlərin fəaliyyətini azaldır. Bu prosesin pozulması lazımlı genlərin də “tıxanmasına” səbəb ola bilir.

Tədqiqatçılara görə, məhz müəyyən genlərin metilyasiyasında problemlər müxtəlif növ patoloji proseslərə təkan verir. Bu isə ürək-damar, onkoloji xəstəliklərə gətirib çıxarır.

Maraqlısı odur ki, siqareti tərgidənlərin əksəriyyətinin orqanizmində təxminən 5 ildən sonra genlərdə metilyasiyanın bərpası müşahidə olunub. Orqanizm ümumiyyətlə siqaret çəkməyən bir orqanizmə çevrilib. Lakin bəzi hallarda hətta 30 il əvvəl tütün istifadəsini buraxan insanların belə normal metilyasiya bərpa olunmayıb.

“Bu tədqiqat siqaretin insan orqanizminin molekulyar-genetik mexanizmlərinə toxunaraq ona nə dərəcədə pis təsir etdiyini göstərir. Anlamaq lazımdır ki, siqaret genetik səviyyədə orqanizmə təsir edir”, Norman Edelman, Amerika ağciyər xəstəliklər ittifaqının elmi rəhbəri bildirir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ