SON DƏQİQƏ

PressDent.Info

Əhalinin yorğun və əzgin olmasının səbəbləri aydın oldu

Əhalinin yorğun və əzgin olmasının səbəbləri aydın oldu
22-09-2016, 18:27 14442 dəfə baxılıb

ABŞ və Avropa mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində müəyyən ediblər ki, iri şəhər sakinləri 26 yaşından qocalmağa başlayır.
 
Məlumatına görə, bu barədə, "Altapress" agentliyi yazıb.
 
Məlumatda bildirilir ki, bu tendensiya 1972-ci ildən müşahidə olunmağa başlayıb.
 
Tədqiqatların nəticələri onu göstərib ki, insan orqanizmində bərpa olunmaz proseslər 26 yaşından sonra başlayır. Alimlər belə erkən qocalmağı ekologiya və həyat tərzilə əssaslandırıblar.
 
Bundna əlavə, mütəxəssislər bunu böyük bir faciə adlandırıb.
 
Qeyd edək ki, son zamanlar insanlarda müşahidə olunan xroniki yorğunluq və əzginlik birbaşa bərpa olunmayan proseslərə bağlıdır.
 
Azərbaycanda da belə hallar artıq tez-tez müşahidə olunur. Xüsusilə gənc nəsil günün bütün saatlarında özlərini yaşlı insanlar kimi aparırlar: oturduqları yerdən qalxmaq istəmir, ünvanlanan suallara könülsüz cavab verir, görüləcək işləri sonraki vaxtlara təxirə salır və s.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ