SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda ŞOK ƏMƏLİYYAT: 12 yaşlı uşağın cinsiyyəti dəyişdirildi

Azərbaycanda ŞOK ƏMƏLİYYAT: 12 yaşlı uşağın cinsiyyəti dəyişdirildi
22-09-2016, 18:26 11658 dəfə baxılıb

Bu gün Bakıdakı özəl klinikalardan birində 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı həyata keçirilən cərrahiyə əməliyyatı uğurla başa çatıb. Daxili orqanları qadın, bəzi xarici orqanları isə kişi cinsiyyətinə mənsub olan yeniyetmə hazırda reanimasiyadadır və bərpa prosesini keçməyə başlayıb.
 
Tanınmış həkimlər tərəfindən həyata keçirilmiş əməliyyat bir neçə saat davam edib.
 
Əməliyyatı gerçəkləşdirən plastik-cərrah Dilqəm Məmmədov prosedurdan öncə əməliyyatın qanuni yollarla edildiyini söyləyib: “Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizm deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır. Yəni "xy" yox, "xx" daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı. Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ