SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda ana olan məktəbli qızlar

Azərbaycanda ana olan məktəbli qızlar
19-07-2016, 22:47 21228 dəfə baxılıb

Azərbaycanda nikah yaşı çatmayan qızların doğduğu körpələrin sayı məlum olub.

2015-ci ildə nikah yaşı çatmayan 15-17 yaşlı qızlar 3 minə yaxın körpə dünyaya gətirib.

Statistika Komitəsindən bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə 166,2 min körpə qeydə alınıb.

Məlumatda bildirilib ki, ötən il doğulan körpələrin 2895 nəfərini 15-17 yaşda qadınlar dünyaya gətirib. Onlardan 1003 nəfəri şəhər, 1892 nəfəri isə kənd yerləri üzrə qeydə alınıb.

Ailə Məcəlləsinə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilir. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Cinayət Məcəlləsinə əsasən, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ