SON DƏQİQƏ

PressDent.Info

Doktor Süleyman Cəbrayılov məsləhət verir (R)

Doktor Süleyman Cəbrayılov məsləhət verir (R)
19-07-2016, 22:45 48111 dəfə baxılıb

Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı müalicəsi (videolarla)

Bu gün prostat vəzi xəstəlikləri və kişilərin cinsi zəflik problemləri – ha­qqında ən çox danışilan tibbi problemlərdəndir. Belə ki, son illərdə həm prostat vəzi xəstə­lik­ləri, həm də cinsi zəiflik problemləri ilə həki­mə mü­raciətlərin sayı əvvəlki dövr­lərlə müqayisədə xeyli artmışdır. Həm də bu sahədə tibb elminin əldə etdiyi uğurlar,  Ultrasəs Müayinə (USM – УЗИ)  aparatlarının hamı üçün əlçatan olması,  dərmanlarla müalicə imkanlarının artması buna rəvac vermişdir. Digər tərəfdən, bu  gün prostat vəzi xəstəliklərindən danışmaq bir də ona görə va­cibdir ki,  nəi­nki bütün MDB ölkələrində və bizim ölkədə, eləcə də tib­bin ən yüksək inkişaf etdiyi ölkələrdə də, əsaslandırılmamış cə­r­ra­hi əməliyyatlar (yəni ziyanı faydasından çox olan əməliyyatlar) baş alıb gedir və xəstələr vaxtindan əvvəl bir çox həyat keyfiyyətinini itirir.

Bu videonu izləyin:

https://www.youtube.com/watch?v=5woX3HmD7dw

60 yaşını tamam etmiş bir kişi üçün “prostat vəzi” yeni bir söz deyil və əksəriyyəti artıq bir neçə dəfə həkimə baş vurmuş olduğundan həkimə  çox suallar verməyə ehtiyacları  da olmur. 50 yaşını tamam etmiş kişiyə isə bu əlamətdar ad gününün (yubiley   yaşının) sabahı  uroloqa baş çəkməyi  məsləhət görərdik (!)

Bununla belə, illər ötdükcə əhali arasınada  prostat vəzi ilə bağlı sualların məzmunu da dəyişir. Amma  prostatla bağlı ən çox verilən bir çox suallar öz aktuallığını itirmir. Bunlar təxminən bu məzmunda olurlar:

  1. Prostat vəzi nədir?
  2. Prostat adenoması nədir?
  3. Prostat adenomasının cinsi zəifliklə əlaqəsi varmı?
  4. Prostatitin (prostat vəzinin iltihabının) cinsi zəifliklə əlaqəsi varmı?
  5. Prostat vəzi xəstəliklərinin əlamətləri hansılardır?
  6. Məndəki əlamətlər prostat adenoması və ya iltihabı, və ya xərçəngi üçün şübhə yaradırmı?
  7. Mən prostat vəzi xəstəlikləri ilə bağlı hansı müayinələrdən keçməliyəm?
  8. . Mən prostat vəzi xəstəlikləri ilə bağlı müayinələrə necə hazırlanmalaşmalıyam?
  9. Pprostat vəzi xəstəlikləri ilə bağlı müayinə və müalicələrin mənim sağlamlığım üçün mümkün faydası, riski, ağırlaşma ehtimalları barədə kimdən öyrənə bilərəm və s.

Bu kimi bir çox suallara bu VİDEO-da cavablar verilmişdir.

https://www.youtube.com/watch?v=mJrozM3FWcg

Həqiqət 1.   Prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsinin – yəni adenomasının nə dərmanlarla, nə türkəçarə ilə, nə də cərrahi yolla birdəfəlik müalicəsi dünyanın heç bir ölkəsində, o cümlədən tibb sahəsidə elmi  kəşflərə görə ən çox  Nobel mükafatına sahib olan ABŞ-də belə hələ ki, mümkün deyil!  Kiminsə “birdəfəlik prostat vəzini sağaldıram!” kimi çağırışlarına inanmaq lazım deyil. Prostatın adenoması da şəkərli diabet,  hipertoniya (yüksək qan təzyiqi) və bir sıra  başqa xəstəliklər kimi bütün ömür boyu nüalicə və diqqət tələb edən xəstəlikdir.

Həqiqət 2. Prostat vəzinin böyüməsinin, yəni adenomasının nə dərmanlarla, nə türkəçarə ilə, nə də cərrahi yolla  profilaktikası (qarşısinın alınması) mümkün deyil. Göstərilən üsullardan ən təhlükəlisi isə türkəçarədir. Bitkilərlə (və  ya türkəçarə ilə) uzun müddət müalicə  prostat adenomasının  əsas simptomlarının üzə çıxmamasına səbəb olur, lakin  onun böyüməsini əngəlləyə bilmir. Nəticədə xəstə o zaman həkimə müraciət edir ki,  adenoma xeyli böyümüş olur və onun müalicəsi ya mümkün olmur, ya da  bir çox həyati funksiyaları bərpa etmək mümkün olmur.  Əksər Avropa və Amerika  ölkələrində belə qeyri – elmi, xəstə üçün təhlükə yarada bilən  “müalicə” ilə məşğul olanlar cinayət məsuliyyəti daşıyırlar.

Həqiqət  3. Prostat vəzinin  adenomasının əlamətlərinin  (sidik ifrazı problemləri,  cinsi zəiflik və s.) olmaması 50 yaşlı  kişidə bu xəstəliyin olmaması demək deyildir!  Tədqiqatlarla sübut edilmişdir ki, hələ 40 yaşında ikən kişilərin əksəriyyətində  prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsinin – yəni adenomasının mikroskopik əlamətləri mövcud olur. Lakin həmin  əlamətlər  hələ   prostat vəzinin müayinəsi üçün ən qiymətli müayinə vasitəsi sayılan USM-lə (ultrasəs müayinə) ilə görünmür.  Lakin 50 yaşı tamam olmuş kişilərin ən azı yarısında USM-lə prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsini görmək mümkündür.

Və bir də unutmayın  ki, tibb elmi ara söhbətlərinin deyil, elmi tədqiqatlarla təsdiqlənmiş reseptlərin  məcmuudur

Kişilərdə cinsi zəiflik haqqında isə söhbət bir qədər başqadır. Cinsi zəiflik problemindən danışanda konkret bir yaş söyləmək mümkün deyil. Üstəlik, cinsi zəifliklə bağlı problemi olanların heç də hamısı həkimə baş vurmaq istəmir – inamsızlıq, utanc hissi, tibbi savadın olmaması buna mane olur. Məsələnin ən mürəkkəb cəhəti isə bu   deyil.  Prostat vəzi xəstəliklərinin müalicəsindən fərqli olaraq, cinsi zəifliyin müalicəsində bir çox hallarda həkimdən və onun məharətindən az şey asılı olur (cinsi zəifliklə bağlı pasientin şəxsi problemləri  və psixiloji durumu müalicənin nəticəsinə daha çox təsir edir).

Kişilərdə cinsi zəiflikə bağlı ən çox verilən suallar bunlardır;

  1. Cinsi zəiflik nədir? – Cinsi zəifliyin nə olması ən sadə şəkildə belə ifadə oluna bilər; Cinsi zəiflik (impotesiya, erektil disfunksiya və s) – kişinin öz cinsi fəaliyyətindən (həvəs vəə ya imkanından) razı qalmamasıdır!
  2. Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri hansılardır? – Bu səbəbləri bir neçə qrupa ayırmaq olar:
  • Psixoloji: stress, depressiya, qorxu və həyəcanla bağlı vəziyyətlər  (o cümlədən şəxsi problemlər)
  • Xəstəliklərlə bağlı problemlər
  • Həyat tərzi: məsələn, siqaret çəkməyin cinsi zəiflik törədə bilməsi sübut olunmuşdur.  Spirtli içki isə cinsi həvəsi artırsa da ereksiyanı (bərkiməni) zəiflədir. Başqa sözlə; Spirtli içki həvəsi artırır, imkanı azaldır!

     

 Xəstəliklərlə  bağlı problemlərdən ən çox rast gələnlər:

– Sidik-cinsiyyət sisteminin xəstəlikləri: prostatitlər, prostat vəzinin xoş  və bədxassəli böyüməsi (şişləri), xarici cinsiyyət üzvünün – penisin qüsurları.
–  Hormonal pozuntular (testesteronun səviyyəsinin aşağı olması)

– Şəkərli diabet xəstəliyi
– Ürək-damar xəstəlikləri: hipertoniya xəstəliyi, insult, infarkt və b.k
– Nevroloji xəstəliklər.
– Ruhi xəstəliklər
– Yaşlanma  (qocalma) ilə bağlı problemlər: 60 yaşlı kişilərdə cinsi zəiflik halları 40 yaşa nisbətən 4 dəfə artıq olur.
– Prostat vəzinin tam xaric edilmə və ya şüalanma yolu ilə müalicəsi
– Cinsiyyət üzvünün zədələnmələri
–  Böyrəklərin ağır çatışmazlığı.

– Bəzi dərman preparatlarının qəbulu.  Müəyyən qrup dərmanlar da cinsi zəiflik əmələ gətirə bilər!

Cinsi zəifliklə bağlı daha ətraflı məlumat bu videoda:

https://www.youtube.com/watch?v=iUQ4NccgRsc

Doktor Süleyman Cəbrayılovun digər tibbi  məqalələrini internetdə   google axtarış  vasitəsilə və ya həkimin şəxsi internet səhifələrində  – bu linklərə vur maqlqla oxuya bilərsiniz :

http://realtibb.com/      və  http://saglamprostat.com/

Müəllifin mövzu ilə bağlı  digər videoları və məqalələri

https://www.youtube.com/watch?v=mJrozM3FWcg

http://www.youtube.com/watch?v=iUQ4NccgRsc

https://www.youtube.com/watch?v=RC8kOYx4P3w

https://www.youtube.com/watch?v=XLW_HjFYj-g

Kişilərin prostat problemi – Çıxış yolu

Prostat adenomasının ən yaxşı  müalicəsi

Kişilərin cinsi zəiflik problemi – Çıxış yolu

Kişilərin sağlamliq meyarı – prostat vəzi haqqında 3 həqiqət

Prostat vəzinin dərmanla,  dərmansız və cərrahi  müalicəsi
Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) – Çıxış yolu

Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı  müalicəsi

Prostat vəzi, adenoma, cinsi zeiflik: müalicə imkanları – yalanlar və həqiqətlər

Erken boşalmanın sebebleri

Prostat vəzi: miflər, həqiqətlər

Enurez (yuxuda sidik qaçırma) – miflər,həqiqətlər

Prostat vəzi:  suallar və cavablar

Prostat  vəzinin adenoması, iltihabı, daşları və cinsi zəiflik

Cinsi zəiflik və onun müalicəsi haqda bütün  həqiqətlər.

Kişilərin  prostat və  PSA  kabusu.  Bütün həqiqətlər.

Prostat vezi: PSA mifi və həqiqəti.

Erkən boşalmanın ən yaxşı  müalicesi

Prostat haqda hər bir kişi bunları bilməlidir

Cavan kişilərdə cinsi zəiflik  problemi – çıxış yolu.  (videolarla)

Kişilərin erkən boşalma problemi  – çıxış yolu  (VİDEOLARLA)

KİŞİLƏRİN  PROSTAT VƏ CİNSİ  ZƏİFLIK,  QADIN VƏ UŞAQLARIN SİDİKQAÇIRMA  PROBLEMLƏRİ   (VİDEOLARLA)

Kişilərin geriyə boşalma problemi

Erkən boşalma haqda 10 sual və 10 cavab.

Prostat vəzinin adenoması:  bildiklərimiz və bilmədiklərimiz.  (videolarla)

 

Real Tibb Mərkəzinin ünvanı:
Bakı, 8 km, B.Nuriyev, 55 (X.Dostluğu metrosu, “Laçın“ Universamı və Siyaqut” şadlıq evinə yaxın)

(050)  501  60  70

(077)  601  60  70

 (055)  519  91  84

(050)  519  91  84

İnternet səhifəsi  sahiblərinin nəzərinə!

Bu məqaləni səhifəsində görmək istəyən hər kəsə minnətdaram. Lakin məqalənin sonundakı məlumatların  (həmçinin telefon nömrələri)  toxunulmadan verilməsi vacibdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ