SON DƏQİQƏ

PressDent.Info

"Putinin 40 milyard sərvəti"nə Kremldən cavab

26-01-2016, 17:15 24360 dəfə baxılıb

Qərb KİV-ləri Rusiyanın siyasi elitası ilə bağlı növbəti kampaniyaya başlayıblar. Bu dəfə diqqət mərkəzində RF prezidenti Vladimir Putindir. ABŞ Müdafiə Naziri Adam Şubi  Britaniyanın BBC telekanalının hazırladığı sənədli filmdə Rusiya liderinin korrupsiyaya qurşandığını deyib.
 
RF  prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitriy Peskov ABŞ rəsmiləri tərəfindən səsləndirilən ittihamları uydurma adlandırıb.
 
Xatırladaq ki, BBC telekanalının məşhur «Panorama» verilişində «Putinin gizli sərvəti» adlı sənədli film nümayiş etdirilib. Yarım saatlıq filmdə Rusiya prezidenti Vladimir Putinin korrupsiya yolu ilə 40 milyard sərvət əldə etdiyi deyilir.
 
«Putinin korrupsiyası ilə əlaqədar deyilən bu məsələlərdən heç birinə cavab tələb olunmur, çünki tamamilə uydurmadır», - deyə Peskov elə sənədli filmin çərçivəsində cavab verib.
 
Qeyd edək ki, bu, ABŞ-dan  Rusiya prezidentinə qarşı ilk kampaniya olmasa da, ilk dəfədir ki, sübutsuz, dəlilsiz ittihamlar hökumət  orqanlarının nümayəndələri tərəfindən dilə gətirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ