SON DƏQİQƏ

PressDent.Info

Ölkədə “donuz qripi” ilə əlaqədar 50 nəfərdən qan nümunəsi götürülüb

Ölkədə “donuz qripi” ilə əlaqədar 50 nəfərdən qan nümunəsi götürülüb
18-01-2016, 16:47 38454 dəfə baxılıb

İndiyə kimi “donuz qripi” şübhəsi ilə 50-dən artıq insandan qan nümunəsi götürülüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yoluxma halı aşkarlanmayıb. Bildirilib ki, səhiyyə müəssisələrində zəruri tədbirlər görülüb: “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb". 
 
Qeyd olunub ki, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb: “Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ