SON DƏQİQƏ

PressDent.Info

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Övladlarınızın gələcəyi bu çantalardan asılıdır - FOTO-VİDEO

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Övladlarınızın gələcəyi bu çantalardan asılıdır - FOTO-VİDEO
2-09-2015, 16:15 95130 dəfə baxılıb

Məktəbli üçün hansı yaxşıdır: rüqzaq, yoxsa məktəbli çantası? Ağırlığı, quruluşu, materialı, hətta cibləri nə formada olmalıdır? Bu gün bu suallara qısaca cavab veməyə çalışacağıq.
 
İlk olaraq bildirək ki, bərk karkas korpusu və möhkəm kürəyi olan məktəbli çantası ryuqzaqlardan daha yaxşıdır.
Ryuqzaq sərt karkası olmayan kürək çantasıdır.
 
İbtidai və orta məktəb şagirdləri üçün məhz  məktəbli çantası alınmaları tövsiyə olunur, çünki o, dərs ləvazimatlarının ağırlığını uşağın onurğasına uyğun bölüşdürür.
 
Bərk korpusun sayəsində çanta yerə düşməkdən, zərbələrdən, yağıntılardan qorunacaq. Ən yaxşı cəhəti isə odur ki, onu bir çiyində daşımaq olmur. Bu da skoliozun qarşısını alır.
 
Məktəbli çantası alarkən nələrə diqqət edilməlidir?
 
Çəkisi
Standart normalarına görə boş çanta 1 kq-dan ağır olmamalırır. Dərsliklər, dəftərlər və digər ləvazimatlar ibtidai siniflərdə azı 2 kq olur,  yuxarı siniflərdə isə daha artıq olur.
 
Ölçüsü
 
İbtidai sinif şagirdinin özünün də içinə yerləşəcəyi nəhəng çanta  nəinki gülməli, həm də təhlükəlidir.
 
Çantanı almazdan əvvəl onu uşağın üzərində yoxlamaq və çantanın yuxarısının uşağın  ənsəsinə dəyməməsinə, aşağı hissəsinin isə belinə ağır salmamasına diqqət etmək lazımdır.
 
Satıcıdlan xahiş edin ki, çantanın içini doldursun. Sonra isə onda çatışmazlığın olub olmadığı, uşağın  çiynində rahat oturduğunu öyrənmək lazımdır.
 
Uzununa çanta almayın – qarışıq ağırlıq mərkəzinə görə onu daşımaq çətin olacaq və dərs ləvazimatlarının çəkisi elə bil ki, daha da ağır olacaq.
 
Forması
 
İbtidai sinif şagirdinə yaxşı olar ki, sərt karkaslı çanta alınsın. O, formasını yaxşı saxlayır, belə çantada dəftərlər əzilmir, qələm və karandaşlar qırılmır. Çantanın üstü elə olmalıdır ki, yağıntı üzərində qalmasın.
 
Rüqzaqlar torba formasında olmamalıdır. Bu variantı artıq kürəyin formalaşdığı yuxarı siniflər üçün saxlayın.
 
Ortopedik kürək
 
Rüqzakları seçərkən yarımsərt ortopedik kürəyinə fikir verin: belə kürəkdə onurğanın təbii əyrilikləri vurğulanır, düzgün qaməti  dəstəkləyir və ağırlığı kürək boyu yayır. Çantanın  kürəyində həmçinin hava mübadiləsi üçün tor parça üçün şərait olmalıdır. Bu tərləmənin qarşısını alacaq.
 
1)Ortopedik ventilyasiyalı çanta kürəyi. İbtidai siniflər üçün

2) Ortopedik ventilyasiyalı çanta kürəyi. Orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub

3) Anatomik «nəfəs alan» çanta kürəyi. Bütün siniflərə gedir.

Əgər siz yeniyetmə üçün rüqzaq alırsınızsa, onun sərt kürəyi olmayacaq, ancaq heç olmasa çalışın tam torba formasında da olmasın. 
 
Material
 
Məktəb çantası sukeçirməz neylon parçadan hazırlanmalıdır. Belə material gec çirklənir və tez təmizlənir.
Yaxşı olar ki, çantanın altı  plastik, yaxud rezin materialdan olsun. Belə çantanı hətta görməçəyə qoysanız belə, dəftərlər zərər görməz. Həmçinin kant və tikişlərinin möhkəmliyinə fikir verin. Elə olmasın ki, elə birinci ayda əlinizə iynə sap alasınız.
 
Qayışlar
 
Çantanın bel qayışları  möhkəm və tənzimlənəbilən olmalıdır. (qayışların uzunluğu bərabər olmalıdır)
 
Qayışlar nə qədər enli olsa, ağırlığı daşımaq bir o qədər rahat olar. İdeal en-4-5 sm-dir. Belə qayışlar  çiyini kəsmir. Elastik sıxılaşdırıcı yerləşdirilən kəmərli çantaları seçin.
Yaxşı olar ki, çantanın qabağında da kəmər olsun. Bu, kəmərin çiyinlərdən sürüşməsinin qarşısını alacaq və onurğa sütununa da əlavə dəstək olacaq.
 
Çantanın əl ilə tutulan dəstəyi
 
Bu barədə müxtəlif mülahizələr var. Əgər uşağı məktəbə özünüz aparacaqsınızsa və çantanı da özünüz daşıyacaqsınızsa, onda sizə rahat dəstək lazımdır.
 
Ancaq uşaq özü məktəbə gedəcəksə, bu zaman nazik parçadan olan dəstək çantanın dəstəyi nazik parçadan olarsa, bu, əli kəsir və ancaq partanın yan tərəfindəki qarmağa asmaq üçündür. Məktəbli narahatlılığına görə çantanı əli ilə daşımayacaq və kürəyinə asacaq, bu isə onurğa üçün daha faydalıdır.
 
Bölmələr və ciblər
 
Yaxşı olar ki, çantanın içindəki məkan  bir neçə şöbəyə bölünsün: dəftərlər, dərsliklər, qələmlər və bəzən hətta netbuklar üçün yer olsun. Əsas şöbələr yüngül hərəkət edən zəncirbəndlə bağlansa yaxşı olar.
 
Bir çox ciblər açar, konfet və digər xırdalqlar üçün lazımdır.Üstdən vurulmuş ciblər  zəncirbəndlə bağlanmalıdır. Su qabı üçün yer rezindən ola bilər.
 
Dekor
 
Dekor üçün ən vacib element çantanın üstündə və ya qayışında  işığı əks etdirən lentin olmasıdır. Bu tutqun, buludlu havalarda və ya qaranlıq düşəndə övladınızın yolda nəzərə çarpmasına səbəb olacaq. Ona görə çantada nə qədər belə element olsa, bir o qədər yaxşıdır.
 
 
Qalan bəzək işlərində isə övladınızın zövqünə güvənin.
Aksesuarlar
 
Adətən  çanta kompleksinin içinə ayaqqabı çantası, penal, su qabı, nahar üçün konteyner və digər aksesuarlar daxil olur. Vahid brenddən belə yığım dəst çox zərif görünür və şagirdi  çox sevindirəcək.
 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ