SON DƏQİQƏ

11:20 - Yasamal Bələdiyyə sədri Məmmədov Tahir İlyas oğlunu Qurbanlıq bayramı münasibəti ilə təbrik edirik.

11:17 - Paşa Bankın Baş İcraçı direktor və İdarə heyətinin sədri Taleh Kazımov: Qurbanlıq bayramı Azərbaycan Milli Mətbuat günü ilə bir gün fərqi olması məni sevindirir.

18:41 - Gənc istedadln yeni klipi Xeyyam Hesenoglu Qerib Xeyal "Xatirəsine hesr olunub"

08:51 - Accsses bankda növbəti təhdid...

09:23 - Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XXI Ümumi Yığıncağı keçirilib.

16:20 - Qoç Ət” Kəndli Fermer Təsərufatının direktoru Sənan Təhməzov və Təhməzov qardaşları Azərbaycanın işğaldan azad edilmiş tortaqlarında fermer təsərufatının inkişaf etdirilməsi gözlənilir…

10:05 - Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Şamxal Əliyevi 2 - iyun “Polis işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edirik!

14:06 - Tahir Yusif oğlu Yusifovun bir gündə milyonluq müqavilələr bağlayıb...

17:01 - İmişli rayon İcra Hakimiyyəti, Mеmarlıq və tikinti şöbəsinin müdiri Rəsulov Nazim Əli oğlu peşəsini sevən ziyallılarımızdan biridır.

16:02 - Ağdaş rayon İcra Hakimiyyəti, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü Məmmədov Firdovsi Dosməmməd oğlu: Heydər Əliyev və Azərbaycanın inkişafı...

15:47 - Bakı şəhər Qaradağ rayon Puta qəsəbəsinin 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş Həkimi Zeyidov Azər: Heydər Əliyev və Azərbaycan səhiyyəsi...

15:21 - Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə rəisi Atamoğlan Babayev: Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır...

13:52 - Xocavənd rayon 6 - saylı ibtidai məktəb. Direktor, Əliyeva Esmira Nizami qızı sədaqəti ilə xalqımıza nümunədir.

13:06 - Qoç Ət” Kəndli Fermer Təsərufatının direktoru Sənan Təhməzov və Təhməzov qardaşları vətənpərvərliyi ilə tanınan ziyallılarımızdır...

07:21 - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhmədov Vüqar Cəbrayıl oğlu: Azərbaycanın şanlı tarixi Heydər Əlirza oğlu Əliyev.

PressDent.Info

Ovçular ət və ət məhsulları -Halallığın tək ünvanı

Ovçular ət və ət məhsulları -Halallığın tək ünvanı
10-03-2021, 00:34 13485 dəfə baxılıb

 

Son vaxtlar Ovçular ət və ət məhsulları MMC haqqında bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır.
Həmin məlumatları araşdırmaq məqsədiylə müəssisədə olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.
Qeyd edək ki, faktiki olaraq Ovçular ət və ət məhsulları MMC-də vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, bu məssisədə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Sadəcə Ovçular ət və ət məhsulları MMC-yə təşrif buyurmaq kifayətdir.
Yox, əgər bəzi həmkərlarım özlərinə əziyyət verib, buraya gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.


Son zamanlar qida məhsulları arasında halallıq axtarışı intensiv xarakter alıb. Bu da təbii olaraq Azərbaycan əhalisinin dini inancı ilə bağlıdır. Halalıq məsələsi, söz yox ki, əsasən, kolbasa və sosis məmulatlarının alışı zamanı aktuallaşır.
Məhz bu səbəbdəndir ki, Azərbaycanda bazara axır vaxtlar "halal" adı ilə ayaq açan kifayət qədər kolbasa məmulatları var.
Lakin təəssüflər olsun ki, keyfiyyətini qoyaq bir kənara, satılan məhsulun halal olmasına da kifayət qədər şübhələr var.
Birmənalı söyləmək mümkündür ki, bu gün əhalinin bu tələbatını nəzərə alan bir çox işbazlar "halal" adı ilə bazara çıxardıqları məhsullarla həm istehlakçı hüquqlarını pozur, ən vacibi isə insan sağlamlığını ciddi şəkildə təhdid edən xəstəliklərə yol açırlar.

Əlbəttə, bununla yanaşı, sözün bütün mənalarında, halal, keyfiyyətli kolbasa və sosis istehsalını gerçəkləşdirən müəssisələr də yox deyil.
Onlardan biri də "Ovçular ət və ət məhsulları" MMC müəssisəsidir ki, tam məsuliyyətlə demək mümkündür ki, belələrindəndir. Qeyd edək ki, müəssisənin istehsal etdiyi ət məhsullarının - “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasaları və “Moloçniye” sosiskaları, “Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” məhsulları keyfiyyəti baxımından məşhurdur. Bu, heç də nəzəri mülahizələr deyil. Belə ki, burada istehsal olan məhsulların keyfiyyətinə əmin olmaq üçün istehsal prosesində bilavasitə iştirak etdik. Necə deyərlər, gedib gözümüzlə gördük. Məlumat üçün bildirək ki, bir necə ildir ki, fəaliyyət göstərən müəssisə respublikamızda əsl "halallıq" nümunəsi sərgiləyib.
Müəssənin baş texnoloqu Ilqar Həsənov dedi:
- Bu başdan qeyd edim ki, bizim müəssədə kolbasa məmulatı üçün istifadə olunan heyvanlar halal qaydada kəsilir, gigiyenik qaydalara tam riayət etməklə qablaşdırılır, istehsal edilir.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, müəssisədə müasir avadanlıqlardan istifadə edilir ki, bu da istehsal prosesində xammala insan əlinin toxunuşunu, demək olar ki, tamamilə məhdudlaşdırır.

Kolbasa məmulatlarının istehsalı üçün tədarük olunan mahsullar Azərbaycanın aidiyyəti qurumları tərəfindən sertifikatlaşdırılır.
Müəssədə kəsilən ət məhsulları öncə tərəzidə qəbul olunur. Müvafiq çəki müəyyənləşdirildikdən sonra ət sümükdən ayrılır, duzla qarışdırıldıqdan sonra həmin ət farş halına salınır.
Farş halında hazır edilən ət ədviyyatlarla birlikdə şprislərə verilir və ərzaq dükanlarında gördüyümüz kolbasa formalarına salınır. Bu prosesdən sonra həmin məhsullar göndərilir sobalara və müəyyən olunan vaxtacan orada qalır. Hazır olduqda isə çıxardılaq bir neçə dəqiqəlik soyuducularda saxlanılır.
Daha sonra isə hazır məhsullar satış məntəqələrinə göndərilir. Ovçular ət və ət məhsulları MMC mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. Ovçular ət və ət məhsulları MMC xüsusi olaraq gigiyenik qaydada hazırlanmış məhsullarını istənilən marketkərdən əldə edə bilərsiniz. Biz müştərilərimizə ət məhsullarının Halal olmasına və gigiyenik baxımdan rahatılqla alıb istifadə etmələrinə zəmanət veririk.
Bizdə bütün oxucularımıza məsləhət edirik ki Ovçular ət və ət məhsullarından istifadə etsinlər. Halallığına tam zəmanət veririk.

Bəli, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır, Ovçular ət və ət məhsulları MMC-nin məhsulları tez bir zamanda özünə alıcı bazarı qazanıb. Müəssisə 20-30 il əvvəlki dadı özünə qaytarıb. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Ovçular ət və ət məhsulları MMC-nin kollektivini, coxsaylı alıcılarını əvəz edə bilməz. Getdik, gördük və yazdıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ