SON DƏQİQƏ

PressDent.Info

Sərhədsiz həkimlər beynəlxalq təşkilatının monitoring qrupu Azərbaycandakı klinikalarda oldular.

Sərhədsiz  həkimlər  beynəlxalq  təşkilatının monitoring qrupu Azərbaycandakı  klinikalarda oldular.
25-01-2021, 23:53 30885 dəfə baxılıb

Sərhədsiz  həkimlər  beynəlxalq  təşkilatının Azərbaycandakı  tərəfdaşı Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi   COVİD 19 operativ qərargahlarındakı  vəziyyət,  həkim və tibb  personalının xidməti  haqqında monitorinq məlumatlarını  yaymışdır. İctimai birliyin koordinatoru Nailə Quliyeva bildirir ki, ümumilikdə COVİD 19 operativ qərargahlarındakı  vəziyyət,  həkim və tibb personalın fəaliyyəti   yüksək qiymətləndirilmişdir. 

 Nailə Quliyeva qeyd edir ki: “ COVİD19 pandimiyasi ilə mübarizədə  artıq  2020- ci il geridə göyuldu. Mütəxəssislərin sözlərinə görə  virus daha təhlükəli fazanı  keçib,  amma proflaktik tədbirlər  davam etdirilməlidir.  Alman mütəxəssisləri bu sahədə daha çox araşdırma apararaq yeni nəticələr əldə edərək virusun təsir və əks təsirini öyrənə bilmişlər.

 İngiltərənin The Guardian  agentliyi Alman mütəxəssislərinin bu sahədə tam əmin olduqları nəticələri dərc etmişdir. Beləlki,  COVİD 19 kimi adlanan virus bakteroloji  və qanın laxtalanması ilə müşaət olunan tənəffuz orqanları ilə yoluxan xəstəlikdir.”

 Ölkəmizdə bu sahədəki işləri  monitoriq edən Sərhədsiz  Həkimlər  Beynəlxalq  Təşkilatının  yerli tərəfdaşları  qeyd edirlər ki,  Azərbaycanın  COVİD 19-la mübarizəyə  etdiyi yardımlar beynəlxaql səviyyədə  yüksək dəyərləndirilmişdir. 

  Sərhədsiz  həkimlər  beynəlxalq  təşkilatı yerli  nümayəndələrin rəyləri əsasında   COVİD19-la mübarizə  aparan  tibbi mərkəzlərində çalışan həkim və tibb  işçilərinin fəaliyyətində yüksək intellek və qabiliyyəti ilə düzgün qərarlar qəbul edən həkim infeksionist  İlahə Əliyeva, həkim anestezioloq  Sevinc  Hacıyeva, dəqiqliyi və peşakarlığı ilə tibb personalının  rəğbətini qazanan tibb bacısı Günay Teyyubovanı 2020-ci ilin  peşəkar tibb işçiləri elan etmişdir. 

Qeyd edirik ki, ölkə rəhbərliyidə  dəfələrlə Azərbaycan  tibb  işçilərinin   əhalinin sağlamlığı uğrunda ciddi mübarizə aparmasını, onların  fədakarlığını vurğulamışdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ