SON DƏQİQƏ

PressDent.Info

“Həkim getdikdən sonra nişanlısı ilə telefonda danışıb, deyib ki..." - BDU-nun vəfat edən tələbəsinin son arzusu

“Həkim getdikdən sonra nişanlısı ilə telefonda danışıb, deyib ki...
25-11-2019, 00:47 9483 dəfə baxılıb

 

 

 

 

 

 

 

 

"Bu gün Milli Məclisin deputatları - Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik. Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin VI kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik".
Mia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O daha sonra bildirib:
"Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur. Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş".
Xatırladaq ki, noyabrın 20-dən 21-nə keçən gecə 20 yaşlı Şəkər Xasmətova BDU-nun yataqxanasında qidadan zəhərlənərək vəfat edib. Digər 2 otaq yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar, hazırda onların vəziyyəti qənaətbəxşdir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ