SON DƏQİQƏ

PressDent.Info

“Biz Azərbaycanın Şəffaflıq Təşəbbüslərindən çıxmasında maraqlı deyilik”

“Biz Azərbaycanın Şəffaflıq Təşəbbüslərindən çıxmasında maraqlı deyilik”
7-05-2016, 20:43 20793 dəfə baxılıb

Ötən şənbə günü   Park Inn otelində hasilat sənayesində şəffaflığın artırılması üzrə ictimai birliklərin Koalisiyasının 18-ci ümumi toplantısı keçirilib. Koalisiya Şurasının  üzvü Oqtay Gülalıyev “Çətin sual” rubrukasına müsahibəsində toplantının gözlənilməz nəticələri və qeyri-hökumət təşkilatlarının problemlərindən danışır.

– Mədən Sənayesində Şəffaflığ QHT Koalisiyasının iclası olub. İclasda İdarə Heyətinin üzvləri seçlib, kimlər seçilib?

Aprel ayının 30-da Mədən Sənayesində Şəffaflıq QHT Koalisiyasının növbəti ümumi yığıncağı keçirilib. Bu yığıncaq ümumi hesabat-seçki  xarakterli olub. Ötən müddət ərzində görülən işlrə dair hesabatlar verilib, qiymətləndirmələr, müzakirələr aparılıb və yeni tərkib formalaşıb.Koalisiya Şurasının 11 nəfərlik heyəti müəyyənləşib. Monitoiq qrupunun 5 nəfərlik tərkbi müəyyən edilib. Yığıncaq çox yüksək və məhsuldar səviyyədə keçdi. Həm hökumət təmsilçiləri, həm QHT-lərə Dövlət Dəstəyi Şurası, Dünya Bankı, diplomatik korpusun təmsilçiləri. Koalisiyanın 143 üzvü tədbirə qatılıblar. Seçkilər kifayət qədər demokratik və şəffaf tərzdə baş tutub. Eyni zamanda seçki ciddi rəqabət şəklində keçib. Seçilən insanların hər biri kifayət qədər dəyərli, vətəndaş cəmiyyəti daxilində kifayət qədər tanınan, fəal, müstəqil mövqelərilə seçilən insanlardır.

– Bir sıra mətbuat orqanları bu seçkilərlə bağlı heyətin tərkibinin çox siyasi oldiğu  mövqeyi bildirirlər. Bu mövqeyi necə dəyərləndirirsiniz?

Hesab edirəm ki, bu iddia düzgün deyil. Bayaq dedyim kimi Koalisiya Şurasına 11, Montorinq qrupuna 5 nəfərlik heyət seçilib. Bu 16 nəfərdən cəmi 3 nəfər siyasi mənsubiyyəti var. Qalan insanlar bitərəf və heç bir siyasi partiyanın üzvü olmayan insanlardır. Bu 3 nəfər də uzun müddətdir ki, vətəndaş cəmiyyətində təsmil edilən insanlardır. Bu şəxslər əvvəllər Koalisiyanın rəhbər vəzifələrində olublar. Məs, Şura üzvü, Monitorinq qrupunun üzvü  və sədri olublar. Demək istəyirəm ki, bu iddialar düzgün deyil. Bundan əvvəlki Şura üzvü heyətində 7-8 nəfər siyasi mənsubiyyətə malik olub. O zaman Koalisiyanın fəlaiyyəti daha səmərəli və məhsuldar olub. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Bəzi mətbuat orqanları və şəxslərin qərəzli şəkildə dövriyyəyə buraxdıqları yanaşmadır. Bunlar bu mövqe ilə yığıncağın nəticələrinə kölgə salmaq, yeni seçilən heyətə etimadsılıq nümayiş etdirmək istəyirlər. Amma düşünürəm ki, bunar hamısı əbəsdir, çünki seçilən heyət kifayət qədər güclüdür. Koalisiya üzvlərinin böyük etimadı ilə seçiliblər.

– Azərbaycandakı mədən sənayesindəki neft şirkətlərinin fəaliyyəti  şəffafdırmı? Çünki bir vaxtlar Koalisiya beə bəyanatlarla çıxış edirdi ki, bir çox neft şirkətləri hesabat vermirlər, ictimaiyyətə hesabat vermirlər,  saytlarında məlumatlar yerləşdirmirlər?

Bu istiqamətdə zaman-zaman Koalisiyanın narahatlıqlarını ifadə edən bəyanatları olub, hesabatlarımızda qeydlərimiz olub. Koalisiya olaraq həmişə çalışmışıq ki, neft sahəsində fəaliyyət göstərən şirkətlər öz hesabatlarını açıqlasınlar. Arzu etmişik ki, bu hesabatlar fərdi qaydada olsun. Yəni biz bilək ki, hər bir şiktərin fərdi hesabatlılıq səviyyəsi nə qədərdir?. Hasilatın gəlirləri, hökumətə ödənişlər, vergi ödənişləri nə qədərdir? Ona görə, məsələni belə qoyurduq ki, ümumi hesabatlarla yanaşı şirkətlərin fərdi hesabatlılığı olsun. Bilirsiniz ki, mədən şəffafılığı prosesinə qoşulan əksər ölkələrdə bu proseslər həyata keçirilir. Şirkətlərin fərdi hesabat verməsi və öz gəlirlərini tam və şəffaf formada açıqlaması hesab edirəm bu təşəbbüsün əsas mahiyyətindən doğan yanaşma və prinsipdir. Adından göründüyü kimi şəffaflıq təşəbbüsüdür. Bu sahədə fəaliyyətimiz şəffaf olub və indi də elədir. Mədən Sənayesinfəə Şəffaflıqla bağlı yeni standartlar tətbiq edilməyə başlayıb. Bu istiqamətdə yeni dərinləşmələr, təkmilləşmələr həyata keçirilir. Bundan da irəli gələrək həm hökumətlərə, həm şirkətlərə yeni tələblər irəli sürülür. Bu çərçivədə Azərabycan hökumətinə də tələblər irəli sürülüb. Bu təşəbbüsün lazımi səviyyədə yerinə yetirilməsndə problemlərin olması nəzərə alınaraq  Azərbaycan üzvlük statusundan namizəd statusuna endirilib.

– Yeri gəlmişkən 2014-cü ildə Azərbaycan üzlük statusundan namizədlik statusuna endirilib. Dövlət Nefrt Fondunun rəhbəri çıxış edərək Azərbaycanın ümumiyyətlə Şəffaflıq Təşəbbüsü Platformasından çıxa biləcəyi bəyanatı səsləndirdi. Necə oldu ki, birdən birə buna qayıdış baş verdi? Həmin bəyanatı verən şəxs gəldi, Koalisiyanın iclasında işritak etdi, hökumət üzvləri və s. 

Biz vətəndaş cəmiyyəti, QHT Koalisiyası olaraq Azərbaycanın təşəbbüsdən çıxmasında maraqlı deyilik. Hesab edirik ki, vətəndaş cəmiyyətinin inkişafında, beynəlxalq münasibətlərin qurulmasında, bu hərəkatın genişlənməsində təşəbübsdən faydalana bilərik. Azərbaycanda fəaliyyət göstrərən QHT-lər, Mədən Sənayesində Şəffaflığın artırılması Koalisiyası Təşəbbüsdən çıxmaqda maraqlı deyil.  Biz eyni zamnda məsələnin o biri tərəfi ilə də razılaşa bilmərik ki, bu standartlar tam prinsiplərin yerinə yetirilmədiyi şəkildə, eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyətinə olan basqılar, QHT-lərin fəaliyyətinə edilmiş məhdudlaşdırıcı maddələr qaldığı müddətdə imitasiya edilmiş təşbbüsün aparıcı şəxsləti kimi göstərilək. Biz təşəbbüsdə qalmağın tərəfdarıyıq  və probemin həllini tapmasını istəyirik. Sualın digər tərəfinə gəlincə, həqiqətən yığıncaqda adını çəkdiyiniz şəxslər iştirak etdilər, bunu müsbət qarşılayırıq, onların diqqət və marağını dəyərləndirirk. Düşünürəm ki, Azərbaycan hökuməti də bu təşəbbüsdə qalmaqda maraqlı olduğunu son zamanlarda göstərməyə başlayıb. Bu ölkənun imici baxımdan əlverişli fürsət kimi qiymətləndirirəm. Eyni zamanda bilirsiniz ki, dünya bazarında neftin qiyməti aşağı düşür, Azərbaycan xarici borcanmaya getmək məcburiyyətindədir,  Bir sıra aparıcı beynəlxalq qurumlardan maliyyə vəsaiti almaq zorundadır. Bu baxımdam bizdə olan məlumata görə həmin qurumlar da Azərbaycann Şəffaflıq Təşəbübsndə iştirakına önəm verirlər. Bunu dəyərləndirirlər. Şəffaflıq indeksi deyilən bir məsələ var ki, hökumət beynəlxalq kreditlər götürəndə bu amillər, sadalamadığımız digər amillər nəzərə alınır. Düşünürük ki, Azərbaycan hökuməti bu təşəbbüsdə qalmağı özünün maliyyə imknalarını dirçəltməsi baxımından bir fürsət kimi dəyərləndiririr. Bu təşəbbüsdə qalmaqda maraq nümiyş etdirir. Əslinə qalsa, biz də Azərbaycan hökumətinin bu təşəbbüsdə qalmasında maraqlıyıq. Burada hökumət, şirkətlər və vətəndaş cəmiyyəti çərçivəsi var. Bu çox maraqlı və önəmli bir formatdır. Biz bu formatın daha da təkmilləşməsi, inkişaf etməsi və beynəlxalq dəstək almasının tərəfdarıyıq. Hər şeyin reallığa, şəffaflığa, qanunçuluğa söykənmiş halda həyata keçirilməsini istyirik.

– Mədən Sənayesində Şəffaflıq Təşbbüsü rəhbərinin Azərbaycan prezidentilə görüşündən sonra fəallaşma başladı. Sizin fikrinizcƏ, bu fəallaşmadan sonra Azərbaycan üzvlüyə qayıda bilərmi, bu nə vaxta təsadüf edə bilər və bunun üçün Azərbycan hansı şərtləri yerinə yertirməlidir?

Keçən ilin sonlarında Beynəlxalq İdarə Heyətinin sədri Klays Şortun dövlət başçısı ilə görüşü oldu, həmin görüşdən sonra mədən əsnayesində şəffaflıq istiqmaətində canlanma hiss edildi. Eyni zamanda təmsil olunduğumuz QHT Koalisiyasına daxil olan bir sıra təşkilatların problemlərinin həlli sahəsində addımlar atılmağa başlandı. Təbii ki, bu canlanmanı biz də müşahidə edirik. Bu istiqamətdə atılan addımları dəyərləndiririk. Amma biz bu məsələlərin reallığa uyğun aparılamsının tərəfdarıyıq. Məndə olan məlumata förə qarşıdakı yay aylarında Beynəlxlaq İdarə Heyətinin toplantısı olacaq. Həmin toplantıda bu məsələnin müzakirə olunması gözlənilir. Bidiyimiz qədər İdarə Heyəti və katiblik müəyyən araşdırmalar aparır. Hazırda katibliyin nümayəndəsi Bakıda səfərdədir. Onun səfərinin bir məqsdi ümumi yığıncaqda iştirak etmək idisə, digər bir məqsədi ölkədə vətəndaş cəmiyyətinin problemlərini və Azərbaycann bu təşəbbüsə nə qədər sadiq olmasını öyrənməkdir.  Sualla bağlı deyim ki, burada iki faktor görürəm. Azərbaycan islahedici tədbirlərə cəlb edilir. Üzvlük statusundan namizədlik statusuna endirildikdən sonra müəyyən tədbirlər planı açıqlanıb, hökumət və çoxtərəfli qrup bu tələblərdən irəli gələn vəzifləri yerinə yetirməlidir. Burada əsas məsələlərdən biri təşəbbüs çərçivəsində irəli sürülən tələbləri yerinə yetirməsidir. Bu hökumət qarşısında çox ciddi məsələ kimi qoyulur. Eyni zamanda digər məsələ Azərbaycanda vətəndaş cəmiyyətinin problemləridir. QHT Koalisiyasına daxil olna QHT-lərin problemlərilə bağlıdır.

– Koalisiyaya daxil olan QHT-lərin problemləri həll edildimi?  Hesablara həbs qoyulmuşdu, xaricə çıxşlara yasaqlar, şəxsi hesabların bağlnması və s. Sizin övladınıza qarı cinayət işləri vardı.

Beynəlxalq İdarə heyətinin sədrilə görüşdən sonra bu sahədə bir canlanma yarandı. Həmin canlanmanın bir hissəsi də Mədən Snayesində Şəffaflıq Koalisiyasına daxil olan QHT-lərin problemlərilə bağlı idi. Açıq deyək ki, müəyyən addımlar atılıb.Bəzi təşkilatların bank hesabları üzərindən həbslər götrülüb. Əməliyyatların aparılmasına razılıq verilib. Bunlar məhkəmə qərarları ilə həyata keçirlirlb. Sənədlərin surətləri göndərildi, həmin sənədlərə baxdıq. Məntəqə keçidlərdə əsassız yoxlamaların bir hissəsi dayandırılıb. Bu tam aradan qaldırılamyıb, bəzi üzv qurumlar bu problemlərin qaldığını deyirlər. Bir təşkilat barədə cinayət təqibi vardı, məndə olan məlumata görə, həmin təqib dayandırılıb.

Bəzi təşkilatların əmlakı götürülüb, hələ də qaytarılmayıb. Koalisiyanın iki üzvü Asif Yusifli və Fuad Qəhrəmanov qanunsuz həbs həyatı yaşayır. Onların hər ikisi haqqında cinayət təqibi var. Mənim haqqımda açıq cinayət işi var.Bu cnayət işinə xitam verilməyib. Pasprotum yoxdur. Ölkədən çıxışıma qadağa qoyulub. Hə iki övladıma qarşı cinayət işi var. Amma biz danışırlaarın davam etdirilməsinin, problemlərin həll olunmasının tərəfdarıyıq. Bir fundamental yanaşmanı xüsusi qeyd etmək istəyirəm. Belə yanaşma ilə QHT Koalisyasının və vətəndaş cəmiyyətinin problemlərini həll etmək mümkün deyil. Bu problem siyasi iradədən doğan problem kimi meydana çıxdı. QHT-lər haqqında qanuna məhdudlaşdırıcı dəyişikliklərdən sonra meydana çıxdı. Biz ölkədə vətəndaş cəmiyyətinin problemlərinin həllini istəyiriksə onunla yanaşı siyasi iradə nüamyiş etdirilməlidir. Qanunvericiliyə edilmiş məhdudlaşdrıcı müddəalar aradan qaldırılmalıdır.  Donorlara çıxışlar sadləşdirilməlidir. Donorların müəyyən hissəsi ölkədən qovulub, onların sərbəst fəaliyyəti bərpa edilməlidir. Qanunvericilik təkmilləşməlidir.QHT-lərin qeydiyyat probelmi hll edilməlidir. Hazırda Koalisiyanın üzvü olan 40-a yaxın təşkilatın qeydiyyat problemi var, qurumları qeydə almırlar. Bunlara kompleks yanaşılmalıdrı ki, vətəndaş cəmiyyətinin problemlərini aradan qaldrmaq mümkün olsun.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ