SON DƏQİQƏ

PressDent.Info

Qubad İbadoğludan böhran əleyhinə 8 təklif

Qubad İbadoğludan böhran əleyhinə 8 təklif
29-01-2016, 16:52 29928 dəfə baxılıb

Azərbaycan Demokratiya və Rifah Hərəkatı Azərbaycanın firavan gələcəyi naminə İqtisadiyyatda Əsas və Təxirəsalınmaz Tədbirlər Paketini hazırlayıb. Musavat.com xəbər verir ki, böhran əleyhinə 8 istiqamətdə 64 addımı əhatə edən Paket hazırlanarkən hazırda qərarlaşmış tendensiyalar və dünya bazarında konyuktur dəyişiklərinin təsirləri qiymətləndirilib, mövcud və perspektiv resurslar nəzərdən keçirilmiş və bazar iqtisadiyyatının təşəkkül tapdığı mütərəqqi dünya təcrübəsi əsas götürülüb.
 
Tədqim olunan tədbirlər paketi 3 il üçün Azərbaycan Respublikasının iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyən edir. Bu tədbirlərin yerinə yetirilməsi növbəti 1 ildə bazar infrastrukturunun formalaşdırılması yolu ilə milli iqtisadiyyatın sağlamladırılmasına, sonrakı ildə bazar institutlarının təşəkkülünə və məhduldar fəaliyyətinə, nəhayət, sonuncu ildə davamlı iqtisadi inkişaf və sosial rifaha təminat verir. 2016-cı il Azərbaycan üçün sosial-iqtisadi baxımından daha çətin il hesab olunduğundan, eləcə də iqtisadiyyatda dönüş üçün həlledici il sayıldığından Paketdə daha çox tədbirlər cari il üçün planlaşdırılıb. 
 
Tədbirlər paketi Azərbaycan iqtisadiyyatında müşahidə olunan aşağıdakı problemlər nəzərə alınmaqla işlənilib: 
 
İnhisarçılığın daxili bazarda hökmran mövqe tutması səbəbindən istehsal olunan yerli məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin aşağı olması, müasir standartlardan geri qalması səbəbindən qeyri-neft ixracat potensialının zəifliyi; 
 
- Azad sahibkarlıq fəaliyyətinə tənzimləyici və nəzarəteici dövlət orqanlarının haqsız və yersiz müdaxilələrinə, onlara səmərəli maliyyə-kredit xidmətlərinin göstərilməməsinə görə işgüzar fəallığın aşağı düşməsi;
 
Dövlət sifarişləri üzrə satınalmaların, tenderlərin qeyri-şəffaf, korrupsiya mənbəyi olması ucbatından qiyməti şişirdilərək keyfiyyətsiz icra olunan infrastruktur layihələrinə ayrılan xərclərin səmərəsizliyi;
 
Əlavə maliyyə qaynaqlarının məhdudluğu və valyuta bazarında tarazlığın pozulması səbəbindən milli valyutanın dəyərdən düşməsi;
 
Əhalinin gəlirlərinin dəyərsizləşməsi və alıcılıq qabliyyətini itirməsi, iş yerlərinin bağlanması, istehlak qiymətlərinin artması səbəbindən sosial vəziyyətin pisləşməsi.
 
Sadalanan problemləri nəzərə alan, onların həllini məqsədilə transformasiya proseslərini özündə ehtiva edən Paket aşağıdakı 8 başlıca istiqamətdən ibarətdir: 
 
1) Hədəfi çevik və açıq hökümət olan idarəetmədə struktur islahatları;
2) Hədəfi iqtisadi münasibətləri tənzimləmək olan institutsional islahatlar;
3) Hədəfi aşağı inflyasiya və dayanıqlı milli valyuta olan pul-kredit və bank islahatları;
4) Hədəfi tarazlı və səmərəli büdcə sistemi olan vergi-tarif və fiskal islahatlar;
5) Hədəfi yeni iş yerlərinin yaradılması olan sərbəst qiymətqoyma, açıq ticarət və ədalətli rəqabət üzərində qurulan sahibkarlıq islahatları;
6) Həfəfi regionların tarazlı işkişafı və milli iqtisadiyyatın modernləşdirilməsi olan aqrar və sənaye-struktur islahatları;
7) Hədəfi firavan və təminatlı cəmiyyət olan sosial reabilitasiya və inkişaf islahatları;
8) Hədəfi Azərbaycanın dünyada və regionda maraqlarlna toxunan prosesləri aktiv və səmərəli sürətdə tənzimləyən milli iqtisadi təhlükəsizlik islahatları.
 
Azərbaycanın firavan gələcəyi naminə İqtisadiyyatda Əsas və Təxirəsalınmaz Tədbirlər Paketini Azərbaycan Demokratiya və Rifah Hərəkatının yanvarın 31-də keçirilən 3-cü Ali Məclisində müzakirə olunaraq qəbul edildikdən sonra tam mətni ilə dərc olunacaq və rəsmi olaraq Azərbaycan Respublikası prezidentinə, baş nazirinə, prezidentin islahatlar üzrə köməkçisinə göndəriləcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ