SON DƏQİQƏ

PressDent.Info

“Rusiya-Türkiyə münasibətləri daha da pisləşəcək” – nüfuzlu türk analitikindən savaş siqnalı

“Rusiya-Türkiyə münasibətləri daha da pisləşəcək” – nüfuzlu türk analitikindən savaş siqnalı
20-12-2015, 23:21 25839 dəfə baxılıb

Professor Ümid Özdağ: “Suriya və İraq parçalanacaq”; “Türkiyə-Rusiya münasibətlərini bu nöqtəyə gətirən əsas səbəb Putinin son illərdə yürütdüyü siyasi xətdir”

 

 
Türkiyə sərhədlərini pozduğuna görə Rusiya təyyarəsinin vurulması iki ölkə münasibətlərini daha da pisləşdirməklə yanaşı, Yaxın Şərqdə gərginliyi bir az da artırıb. Görünən budur ki, Ankaranın Yaxın Şərqdə daha fəal siyasət yürütməsi ona çoxlu düşmənlər qazandırıb. Təbii ki, bu mövzuda gedişat, Türkiyənin regional xarici siyasəti ilə bağlı məsələləri yalnız hökumətin dilindən deyil, eyni zamanda yerli düşüncə mərkəzlərinin rəhbərləri, ekspertlərdən öyrənməyə çalışırıq. Bu məqsədlə seçdiyimiz növbəti müsahibimiz Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, 21-ci Yüzil Türkiyə İnstitutunun rəhbəri, professor Ümit Özdağ oldu.
 
Ü.Özdağla partiyanın qərargahındakı ofisində görüşdük. Türkiyənin nüfuzlu analitiklərindən olan, bir müddət Avrasiya Strateji Araşdırmaları Mərkəzinə (ASAM) rəhbərlik etmiş, 10 ildir 21-ci Yüzyıl Türkiyə İnstitutuna başçılıq edən Ü.Özdağ Türkiyənin xarici siyasəti, eyni zamanda bölgəni yaxşı bilən azsaylı ekspertlərdən biridir. 
- Ümid bəy, artıq bir müddətdir ki, Moskva və Ankara arasında gərginlik davam edir. Son olaraq dünən (iki gün qabaq – K.R.) Moskvada mətbuat konfransı keçirən prezident Putinin davranışı onu göstərdi ki, Rusiya Türkiyə ilə barışmağa hazırlaşmır. Siz bu durumu necə dəyərləndirirsiniz?
- Rusiya və Türkiyə arasında münasibətlərin indiki vəziyyətini Rusiya hərbi təyyarəsinin Türkiyə ordusu tərəfindən vurulması hadisəsinə bağlamaq doğru olmazdı. Türkiyə-Rusiya münasibətlərini bu nöqtəyə gətirən əsas səbəb Putinin son illərdə yürütdüyü siyasi xətdir. Bunun bir nümunəsi son illərdə keçmiş sovetlər məkanını Rusiyanın liderliyində yenidən birləşdirmək, başqa bir adla sovetləri bərpa etmək və Rusiyanı yenidən super güc vəziyyətinə gətirmək siyasətidir. Bu siyasətin təbii nəticəsi olaraq Putin keçmişdə Moskvanın təsir dairəsində olan bölgələrdə təsirini yenidən artırmağa başlamışdır. 2008-ci ilin avqustunda Gürcüstan ərazilərinin işğalı ilə sonuclanan savaş, daha sonra Ukraynada savaş və Krımın Rusiya tərəfindən işğal olunması davam etmiş və nəhayət, Rusiyanın Suriya üzərindən Yaxın Şərq və Aralıq dənizinin şərqində təsirini yaymaq üçün bir addım daha irəli getmişdir. Təbii ki, AKP hökumətinin Suriya siyasəti MHP tərəfindən dəstəklənmir. 

“Təyyarənin vurulması bir tərəfdən Rusiyanın imicinə zərbə olsa da, digər tərəfdən Moskvaya Suriyada yeni hərəkətləri üçün böyük bir fürsət vermiş oldu. Bölgəyə yeni silah sistemləri yerləşdirildi. Bu qurğular Türkiyənin içərilərinə doğru bir çox quru və hava hədəflərini vurmaq imkanına sahibdir. Bu səbəbdən də Türkiyə Suriyada hava əməliyyatlarını dayandırmağa məcbur qalıb. Yəni təyyarənin vurulması Rusiyanı Suriyada zəiflətmədi, əksinə bir hücum üstünlüyü verdi”

AKP-nin yürütdüyü siyasət Suriyada Bəşər Əsədin devrilməsi üzərində qurulub. Rusiya isə əksinə, Bəşər Əsədi qoruyub saxlamağa yönəlmiş bir siyasi xətt tutub. Bildiyiniz kimi, Bəşər Əsəd 2011-ci ilə qədər Türkiyəyə çox yaxınlaşmışdı və buna paralel olaraq, Suriyada Rusiya və İranın təsiri xeyli dərəcədə azalmışdı. Ancaq AKP-nin yanlış siyasəti Bəşər Əsədi yenidən Rusiyanın və İranın qollarına atdı. Belə olan təqdirdə Suriya ilə bağlı fərqli layihələrə malik iki ölkə, yəni Türkiyə və Rusiya qarşı-qarşıya gəldilər. Rusiya təyyarəsinin vurulması bu qarşı-qarşıya gəlmənin bir təzahürü idi. Ancaq ruslar da dəfələrlə Türkiyənin hava sərhədlərini pozmaqla hardasa öz təyyarələrinin vurulması provokasiyasına getdilər. 
Təyyarənin vurulması bir tərəfdən Rusiyanın imicinə zərbə olsa da, digər tərəfdən Moskvaya Suriyada yeni hərəkətləri üçün böyük bir fürsət vermiş oldu. Bölgəyə yeni silah sistemləri yerləşdirilib. Bu qurğular Türkiyənin içərilərinə doğru bir çox quru və hava hədəflərini vurmaq imkanına sahibdir. Bu səbəbdən də Türkiyə Suiryada hava əməliyyatlarını dyaandırmağa məcbur olmuşdur. Yəni təyyarənin vurulması Rusiyanı Suriyada zəiflətmədi, əksinə bir hücum üstünlüyü verdi. Rusiya təyyarəsinin vurulması ilə bağlı Milliyyətçi Hərəkat Partiyasının mövqeyi birmənalıdır. Türkiyənin suverenliyi və hava sərhədlərini pozan ölkənin təyyarəsinə qarşı edilməli olan hərəkət edilib. Amma belə anlaşılır ki, AKP hökuməti bu addımdan sonrakı vəziyyəti düşünməyib. Hazırda Rusiyaya qarşı münasibətdə bir kilidlənmə var, ifadələrdə də bir tutarlılıq yoxdur. Rusiya isə məqsədli şəkildə Türkiyəyə qarşı psixoloji savaş həyata keçirir. İqtidarın isə Rusiyaya qarşı təsirli bir cavab verə bilmədiyi görünür. Baş nazir “eyni addımı yenə də atardıq” deyir, prezident isə “Rusiya təyyarəsi olduğunu bilsəydik, vurmazdıq”, sonra isə “...yenə olsa. Yenə edərdik” deyir. Yəni anlaşıldığı kimi, fikirləri qarışıqdır. 

“Rusiya Türkiyəyə qarşı psixoloji hücumu, gərginliyi məqsədli şəkildə artırır. Bunun sonunda Putinin Türkiyəyə qarşı qarşıdurma törədəcəyini düşünürəm”

- Putinin mətbuat konfransındakı açıqlamasını necə qiymətləndirirsiniz? Problemin həllinə olan ümidlər azaldımı sizcə?
- Putinin açıqlamalarını hissə-hissə deyil, bütövlükdə Moskvanın Ankaraya qarşı apardığı psixoloji savaşın hissəsi kimi qiymətləndirmək lazımdır. Bu psixoloji hərəkatda üstünlük hazırda Moskvadadır. Çünki hazırda gərginliyin dərəcəsini onlar müəyyən edir, hücumları onlar həyata keçirirlər. AKP hökuməti isə bu hücumlara qarşı özünümüdafiə vəziyyətindədir. Mən açığı, düşünürəm ki, Rusiya Türkiyəyə qarşı psixoloji hücumu, gərginliyi məqsədli şəkildə artırır. Bunun sonunda Putinin Türkiyəyə qarşı qarşıdurma törədəcəyini düşünürəm. 
 
- Yəni vəziyyət daha da pisə doğru gedir?
- Durumun daha da pisləşməyə doğru getməməsi təəccüb doğurardı. Bu səbəbdən də AKP hökumətinin Rusiyanın atacağı addımlara qarşı hansı qəti cavab addımları atacağı ilə bağlı indidən alternativ ssenarilər düşünməsi lazımdır. 
 
- Qeyd etdiyiniz kimi, Rusiya bu mərhələdə həm də Suriyaya daxil oldu. Suriya isə Türkiyə üçün mühüm ölkədir. 900 kilometrlik bir sərhədi var, Suriyada türkmən əhalisi yaşayır və sair. Yəni Suriya Türkiyə üçün mühüm ölkədir. Vəziyyətin bu həddə çatmasından sonra bu bölgə ilə bağlı Türkiyənin addımları nədən ibarət olacaq? 
- Suriya artıq beynəlxalq bir münaqişə obyektidir. Bütün beynəlxalq güc mərkəzləri – ABŞ, Fransa, Almaniya, Rusiya, hətta Çin artıq bu bölgədədirlər. Açığı, bu qədər kiçik bir bölgədə bu qədər güclərin toplanması savaş riskini artırır. Durum hər an nəzarətdən çıxa bilər. Yəni savaş təyyarələri yan-yana uçur, gəmilər yan-yana üzür. Çox bir dar sahədə böyük bir qüvvə cəmləşib. Açığı, mən bu prosesin yaxşı idarə olunmasının lazım olduğunu iddia edirəm; əks təqdirdə çox qısa bir zamanda proseslər nəzarətdən çıxa bilər və Türkiyənin də daxil olduğu regional bir savaşa çevrilər. 
- Bu durumda Türkiyədə də regiona yönəlik bir açılım var. Qətərdə hərbi baza qurulur, İraqın şimalına hərbi qüvvə göndərilir. Yəni sanki Türkiyə bu mürəkkəb situasiyada daha fəal bir təsirli siyasət yürütməyə çalışır

Bölgədə Rusiya, İran, İraq, Suriya ittifaqı yaranınca, yalnızlaşan AKP hökuməti yenidən İsraillə ittifaq qurmağa çalışdı”

- Qətərədə hərbi baza qurulmasının nə qədər lazımlı olması mövzusu çox ciddi müzakirə olunmalıdır. Bu bazanın Türkiyənin strateji hədəf və mənfəətləri ilə hansı nöqtələrdə üst-üstə düşdüyünün izaha ehtiyacı var. Bu baza Yaxın Şərqdə Türkiyəni tərəf olmadığı qarşıdurmaların hədəfinə çevirə və Türkiyə əsgərlərini də hədəfə çıxara bilər. Qətərdəki bazanın ardınca Birləşmiş Ərəb Əmirliklərində də bir bazanın qurulacağı haqda bilgilər var. Yəni bununla da Türkiyə Yaxın Şərqdə tərəf olmaması lazım gələn bütün regional məsələlərə daxil olur. Biz bundan açığı narahatıq. 
 
- İraqla Türkiyə arasında da son günlərdə bir gərginlik yarandı. 
- İraq, Suriya münaqişələrini ayrılıqda dəyərləndirmək lazım deyil. Bu, hər iki ölkənin eyni zamanda parçalanması prosesidir. İraqın 3, Suriyanın isə 4 və ya 5 hissəyə bölünməsinin hədəfə alındığını görürük. Rusiyanın əsas məqsədi Suriyanın ərazi bütövlüyünü qorumaqdan çox, mümkün qədər daha çox və əhəmiyyət daşıyan əraziləri Bəşər Əsədin nəzarətində saxlamaqdır. ABŞ və Rusiyanın İŞİD-i məhv etməkdənsə, ona bir sərhəd müəyyən etməklə bağlı anlaşmaları ehtimalı daha yüksəkdir. 
 
- Son olaraq ərəblərin yeni hərbi koalisiya yaratması onu göstərir ki, Yaxın Şərqdə savaşlar bundan sonra daha da şiddətlənəcək. Siz bu mərhələdə Türkiyənin yerini necə görürsünüz? Türkiyə Atatürk dönəmindən qalma xarici siyasət xəttini davam etdirməlidir, yoxsa daha fəal, müdaxiləçi xarici siyasət yürütməlidir? 

Suriya artıq beynəlxalq bir münaqişə obyektidir. Bütün beynəlxalq güc mərkəzləri – ABŞ, Fransa, Almaniya, Rusiya, hətta Çin artıq bu bölgədədirlər. Açığı, bu qədər kiçik bir bölgədə bu qədər güclərin toplanması savaş riskini artırır. Durum hər an nəzarətdən çıxa bilər. Yəni savaş təyyarələri yan-yana uçur, gəmilər yan-yana üzür...”

- Atatürk zamanında biz İraqda ingilis müstəmləkəsi, Suriyada isə fransız müstəmləkəsi ilə qonşu idik. O dönəmdə də Türkiyə Yaxın Şərqdə fəal oyunçu idi. Hatayı biz o zaman geri aldıq. Atatürkün xarici siyasəti realizm üzərində qurulmuşdu. Bu isə güclər balansının yaxşı dəyərləndirilməsi və bu güc balansı ilə Türkiyənin maraqları arasında düzgün bağ qurmaq idi. Ancaq çox təəssüf ki, bu gün Türkiyənin Yaxın Şərq siyasəti realist təməllər üzərində deyil, fövqəladə, reallıqdan kənar, orta məktəb bilgisi və lisey həyəcanı ilə həyata keçirilən siyasət olduğunu düşünürəm. 
- Bu arada İsrail mediasında Türkiyə-İsrail danışıqları və anlaşma ilə bağlı məlumatlar yayıldı. Sizin görüşünüz necədir? Türkiyə “ərəb baharı”ndan öncəki siyasi kursa geri dönür sanki. 
- Təbii ki, bölgədə Rusiya, İran, İraq, Suriya ittifaqı yaranınca, yalnızlaşan AKP hökuməti yenidən İsraillə ittifaq qurmağa çalışdı. Çin raket sistemlərindən imtina etdi, ABŞ və NATO-ya yaxınlaşdı. Bütün bunlar xarici siyasətdə müəyyən bir təməl daşlarının yenidən düzülməsi mənasına gəlir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ