SON DƏQİQƏ

PressDent.Info

“İnternet partlayışı” ilə bağlı baş direktordan şok açıqlamalar VİDEO

“İnternet partlayışı” ilə bağlı baş direktordan şok açıqlamalar VİDEO
3-12-2015, 14:27 22098 dəfə baxılıb

“Əli Abbasov dedi ki, “qara maskalı”lar ofisin qabağındadır”

Ramazan Vəliyev: «Eldar Mahmudov dedi ki, bu, prezidentin göstərişidir»

Delta Telekom”un baş direktoru Ramazan Vəliyevin ANS TV-yə verdiyi müsahibəbir sıra mətləblərin üstünü açmaqla yanaşı, bəzi suallar da yaradır. R.Vəliyev uzun müddətdir mətbuatda gedən müzakirələrə son qoyaraq, “Delta Telekom”dakı tüstüləmənin məhz MTN-in burada quraşdırdığı avadanlıqlardan başladığını etiraf edir: “Yanvardan bu hadisələr başlayandan biz aparılan müzakirələrdə müəyyən etdik ki, axırıncı qoyulan ”Alov” şirkətinin avadanlıqları I Avropa Oyunlarının təhlükəsizliyini qorumaq üçündür.

Biz dəfələrlə məsələ qaldırdıq ki, bu avadanlığın özü artıq təhlükə mənbəyinə çevrilir. Çünki bizdə hər şey tam rezervlidir, hər şey normal çalışır. Lakin avadanlığın tək qoyulması çox böyük bir risk yaradır. Hazırda məlum hadisələrlə əlaqədar içəridə olan bu monitorinq idarəsinin rəhbərliyi ilə biz dəfələrlə bunu müzakirə etdik və bu tələbin ardınca həmin dövrdə Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eldar Mahmudov şəxsən özü mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır: “Biz bilirik ki, Avropa Oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzəetmişəm, avadanlığın quraşdırılması üçün şərait yaratmağa borclusunuz və hətta orada olan 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqları operatorlar alacaq. Bunların hamısını siz təmin etməlisiniz və bu, cənab prezidentin göstərişidir”. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır. Bizim çıxış yolumuz yoxdur”.

MTN-in avadanlığı rezervlərimizi yox vəziyyətinə gətirdi”

MTN-in “Delta Telekom”a yerləşdirdiyi avadanlığın nəyə xidmət etməsinə gəlincə, R.Vəliyev bildirib ki, MTN-in “Delta Telekom”a yerləşdirdiyi avadanlıqlar artıq istismar müddətini başa vurmuşdu. R.Vəliyev vurğulayıb ki, internetdə bir çox məsələlər, protokollar dəyişmişdi və bu avadanlıqlar artıq işləmirdi. Ona gərə də o avadanlıqÿnə “Delta Telekom”a, nə də MTN-ə elə bir maneə yaratmırdı: “Lakin yeni bir avadanlığın qoyulması bizim rezervləri tamamilə yox vəziyyətinə gətirdi. Ancaq Azərbaycan rabitəsi üçün olan rezervləri. Biz rabitə sxemini elə yaratmışıq ki, Azərbaycanın 8 rayonunda Bakıda gördüyünüz mərkəzi sayt kimi saytlarımız var. Buÿsaytların hamısı bir-birinə yüksək sürətli, ayrı-ayrı istiqamətlərdən gələn çox böyük tutumları təmin edə biləcək saytlardır. Məhz bu problemin kökündə dayanan məsələ bu oldu ki, Naxçıvan da daxil olmaqla bütün Azərbaycan interneti məhz bu avadanlığın üzərindən keçirilməsi haqqında texniki şərt qoyuldu. Ən böyük məsələ bu idi”.

Xaricdən təşkil olunmuş hücum”

R.Vəliyev eyni zamanda həbs olunması təhlükəsinə və ona edilən xəbərdarlıqlara da toxunub: “Bizdə belə bir hadisə olub. Azərbaycana yönəlik hücumları dayandırmaq üçün ”Delta Telekom” xüsusi avadanlıq gətirərək quraşdırıb. Bu avadanlığın köməyi ilə Avropada bizim saytlara gələn 80-10 geqabit səviyyəsində gələn hücumları dayandıra bilir və bunun sayəsində Azərbaycan interneti müstəqil şəkildə öz fəaliyyətini davam etdirir. Bu avadanlıqlar quraşdırılanda, istər-istəməz test edilməlidir. Yoxlama prosesi həyata keçirilən zaman Xüsusi Dövlət MühafizəXidmətinin xüsusi qurumları ilə birlikdə test edilir. Bu test proseslərinin belə MTN iləhəmin dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizim işçilərin həbs prosesinə kimi gətirib çıxarmışdılar. Bununla bağlı Əli Abbasov məni yanına çağırdı və soruşduÿki, “sizdə belə bir mühəndis var?”, cavab verdim ki, “bəli, bu bizim texniki direktorumuzdur”. Sonra oÿ əlavə etdi ki, “bəs o adam Azərbaycana hücümlar təşkil edir”. Mən o vaxt ona öz ciddi iradımı bildirdim ki, “bəs, cənab nazir, heç olmasa bizdən bir kəlmə soruşmaq lazımdır”. Yəni bu məsələni MTN qaldırırsa, biz belə bir sistem quraşdırmışıq və bu sistem test olunmaldır. Bu testlər də məhz Xüsusi Dövlət Mühafizə Xidmətinin aidiyyətiÿ qurumları ilə razılaşdırılmış şəkildə aparılır. Ən azı, ÿXüsusi Dövlət Mühafizə Xidmətindən bunu soruşmaq lazım idi. Nazir onda mənəbildirdi ki, “artıq ”qara maskalı”lar sizin ofisin qabağındadır, həmin adamın həbsi üçün gediblər. Siz təcili olaraq MTN-lə danışın, özünüz bir arayış hazırlayın ki, onları geri çağırsınlar”. Işə dönərkən yolda əlaqə saxladım və əlavə məlumatlar verdim ki, çox ciddi bir problem yarana bilər. Axı, biz bu sistemi quraşdıracağımızı və internetin təhlükəsizliyini təmin edəcəyimizlə bağlı prezidentə bir neçə ilə əvvəl söz vermişdik və biz bunu etmişik, sadəcə bunun testləri aparılır”.

Eldar Mahmudova yaxın şirkət illərlə vəsaitimizi mənimsəyib”

R.Vəliyev onu da bildirdi: “Bundan başqa, ikinci bir məsələ isə Eldar Mahmudova yaxın bir şirkətin rəhbəri illərlə bizim şirkətə çatacaq vəsaitləri mənimsəyib, vəsait bizim şirkətə qismən ödənilib. Beş il öncə bu hadisələrə görə məni quruma dəvət etmişdilər. Yaxşı ki, mənim əlimdə bütün sənədlər vardı. Bu məsələni birinci müavin araşdırdı. Hazırda həmin şəxs başqa vəzifə tutmasına baxmayaraq həyatdadır. Çox sağ olsun ki, əlimizdə olan o sənədlərə əsaslanaraq, qanunsuz hərəkətə yol vermədiyimizi görüb ÿməni yola saldı. Özü də açıq şəkildə bildirdi ki, məni bura başqa məqsədlə, həbs etməyə çağırmışdılar. Əslində, bunu hiss etmişdim. Azərbaycanda bir başqası iləbelə problem yoxdur. Ancaq bu şəxs mənə problem yarada bilər. O şəxsin ora iləbağlantısı var. Məhz ona görə də ora bir qədər hazırlıqlı getmişdim. Ardınca da baş verən hadisələr ona gətirib çıxartdı ki, borclar arta-artaÿ getdi. Əslində ”Delta Telekom” qarşı məqsədyönlü şəkildə hər iki nazirlik bir təxribat hazırlayıb”.

Onu da qeyd edək ki, əslində bu etiraflar bir daha təsdiqləyir ki, “Delta Telekom”dakı olay məhz MTN-in avadanlıqları ilə bağlı olub. Digər tərəfdən, ekspertlərin fikrincə, internetdə yaranan problem uzaqdan idarəetmə vasitəsilə də törədilə bilərdi. Bir sözlə, ekspertlərin gəldiyi ümumi rəy bundan ibarətdir ki, bu hadisənin təsadüfən başverməehtimalı olduqca azdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ