SON DƏQİQƏ

PressDent.Info

İsrail gələcəyin döyüş maşınını yaradır

İsrail gələcəyin döyüş maşınını yaradır
26-10-2015, 17:18 32910 dəfə baxılıb

İsrail müdafiə sənayesi “gələcəyin piyada döyüş maşını”nın ilk prototipini hazırlayıb.
 
Avropa.info xəbər verir ki, “Eitan” adını alacaq zirehli döyüş maşını 8x8-lik struktura malikdir. 2020-ci ildə kütləvi istehsalı başladıqdan sonra amerikan istehsalı M113 zirehli maşınlarını əvəz edəcək. 
Yeni döyüş maşını 35 tondur. “Eitan”da silahların məsafədən idarə olunması, sensorlar, aktiv müdafiə daxil yeni nəsil texnologiyalarda istifadə olunacaq. Bundan əlavə maşın vahid rəqəmli idarəetmə sisteminə malik olacaq. Bunun sayəsində “Namer” zirehli döyüş maşını və bir neçə növ zirehli texnika vahid informasiya məkanında hərəkət edəcək. 
Hələ ki, cəmi bir prototipi yaaradılsa da, yaxın zamanlarda bu tip maşından daha bir neçəsinin istehsal olunacağı gözlənilir. 
Hal-hazırda İsrail ordusunun balansında 6000-dən çox M113 zirehli döyüş maşını var. Bundan əlavə İsrail ordusu 120 “Namer” alıb. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ