SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

“Bunu bir Allah, bir də İsa Qəmbər bilir”

“Bunu bir Allah, bir də İsa Qəmbər bilir”
6-08-2015, 19:45 35007 dəfə baxılıb

Azərbaycanda bu ilin noyabrında növbəti dəfə Milli Məclisə seçkilər keçiriləcək

 

 
Seçki ili olmasına baxmayaraq, siyasi arenada bir süstlük hökm sürür. Belə hesab edilir ki, buna səbəb hakim Yeni Azərbaycan Partiyasının ölkədə söz sahibi siyasi qüvvə olması ilə yanaşı, müxalif cəbhədəki qarşıdurmalardır.
Seçki öncəsi ölkənin siyasi areanasındakı vəziyyətlə bağlı politoloq Qabil Hüseynli ilə söhbətləşdik.
 
- Qabil müəllim, seçki ili olmasına rəğmən siyasi arenada seçki atmosferi hiss edilmir. Nədir buna səbəb? 
- Seçkilərə az müddət qalmasına baxmayaraq, siyasi atmosfer passivliyi ilə seçilir. Düzdür, bəzi partiyalar qurultaylar, yığıncaqlar keçirir, bloklar yaratmağa çalışır. Hesab edirəm ki, bunu da seçkiyə hazırlığın;n ilk mərhələsi kimi qiymətləndirmək olar. Növbəti ayın əvvəllərində seçki üzrə təbliğat kampaniyası başlayacaq. Buna qədər namizədlərin müəyyənləşməsi prosesi də başa çatmalıdır ki, bu kampaniyanı qura bilsinlər. Ancaq, hələ ki arzu edilən fəallıq hiss edilmir.
Bir sözlə,seçkilər sanki ölkə əhalisinin diqqətində deyil. Görünən odur ki, əhalinin əsas diqqət ayırdığı əsas məsələ Dağlıq Qarabağ problemidir. Ona görə də seçkilərə bir o qədər də maraq yoxdur. Ona görə də seçkinin yumuşaq, sakit bir atmosferdə keçəcəyini proqnozlaşdırıram.
- Hazırkı dövrə qədər müxalifətin seçkiyə hazırlığı hansı detalları ilə diqqətinizi cəlb edə bilib? 
- Müxalifətin seçkiyə hazırlığını qeyri-qənaətbəxş hesab edirəm. Məsələn AXCP seçkiləri boykot etməklə bağlı anonslar verir. Belə görünür, bu partiya seçkilərə qatılmayacaq. Müsavat Partiyasının isə başı gic savaşdan ayılmayıb. Düzdür, partiya namizədlərini müəyyənləşdirdiyini bildirir. Hər halda bu partiyada da seçki ab-havası hiss olunmur.
Hesab edirəm ki, heç olmasa mətbuat səviyyəsində platformalarının açılması, müəyyən tezislərin irəli sürülməsi nəzərə çarpmır. Odur ki, seçici etiraflarını qızışdıracaq məsələyə rast gəlinmir.
 
- Siz qeyd etdiniz ki, müxalifətin seçkiyə hazırlığı qeyri-qənaətbəxşdir. Belə olan halda onların bu seçkidə uğur qazanma şansları varmı? 
- Əgər AXCP seçkidə iştirak etməyəcəksə, onların heç bir şansı yoxdur. Müsavatın şanslarını da yüksək qiymətləndirmirəm. Olsa-olsa 1 və ya 2 nəfər seçilə bilər. Digər partiyalar isə seçkiyə blok və təkbaşına getdiklərini açıqlayıblar. Bununla belə onlardan da uğur gözləmirəm. Digər partiyalardan 1-2 nəfər parlamentə düşə bilər.
- Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də deputat mandatı uğrunda mübarizə aparacaq. Siz onun şanslarını necə dəyərləndirirsiniz? İsa Qəmbər deputat seçilə bilərmi? 
- Onun seçkidə uğur qazanıb-qazanmayacağını bir Allah, bir də İsa Qəmbərin özü bilir. Azad, şəffaf, rəqabətə söykənən seçki baş tutsa, inanmıram ki, İsa Qəmbər deputat mandatına sahib olsun.
- Qabil müəllim, özünüz seçkidə iştirak edəcəksinizmi? 
- Vəziyyətə, namizədlərə, siyasi mühitdəki gedişata baxıb, qərar verəcəyəm. Əgər siyasi mühit sağlam olsa, iştirak edərəm. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ