SON DƏQİQƏ

PressDent.Info

Rusiya Azərbaycanı hər yolla özünə daha da yaxınlaşdırmaq istəyir - politoloq

Rusiya Azərbaycanı hər yolla özünə daha da yaxınlaşdırmaq istəyir - politoloq
2-09-2015, 16:41 31166 dəfə baxılıb

"Baxmayaraq ki, Lavrovun gəlişinin məqsədi kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu göstərilir, burada əsas məqam sözügedən münaqişə ətrafında Rusiya variantını işə salmaqdır."
 
Bunu SalamNews-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
 
Politoloqun sözlərinə görə, son vaxtlar ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi təşəbbüsü ələ almağa çalışır və bu da Rusiyanı narahat edir: "Bu məqsədlə qrupun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinə dair daha böyük canfəşanlıq göstərir, hətta bu niyyətini reallaşdırmaq üçün onlar Nyu-Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır. Bu isə Rusiyanın regional planlarına ziddir. Belə ki, Rusiya isə görür ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ikinci plana düşür. Ona görə də, Sergey Lavrovu ölkəmizə göndərir. Lavrov da çox çəkili bir nazirdir və ATƏT-in Rusiyalı həmsədrinin edə bilməyəcəyi işləri görməyə qadirdir. Düşünürəm ki, əsas məsələlərdən başlıcası budur. Digər tərəfdən də, Azərbaycanı hər yolla Rusiya özünə daha da yaxınlaşdırmaq istəyir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ