SON DƏQİQƏ

PressDent.Info

“Müsavat “mən də varam” demək üçün seçkiyə gedir”

“Müsavat “mən də varam” demək üçün seçkiyə gedir”
19-08-2015, 16:43 35004 dəfə baxılıb

Müsavat başqanı Arif Hacılı qarşıdan gələn parlament seçkiləri barədə danışaraq partiyalarının bu marafonda  iştirak edəcəyini bildirib və Milli Şuranın seçkilərə qatılmamasını yaxşı hal hesab etmədiyini deyib.
 
Milli Şuranın Koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev  açıqlamasında Arif Hacılının fikirlərinə aşağıdakı münasibəti bildirib:
 
“Bu Seçki Məcəlləsi ilə seçkiyə getmək demokratik düşərgə üçün heç bir yaxşı perspektiv vəd etmir. Ona görə bizim seçkiyə qatılmaqla bağlı heç bir qərarımız yoxdur. Seçkiyə gedib bu tamaşada yer alıb,  oyuna qismən legitimlik qazandıran şəxslər vicdanları ilə baş-başa qalcaqlar. Ölkədə 100-dən artıq siyasi məhbus var. Bu məsələlər öz həllini tapmalıdır. Müsavat Partiyasının seçkiyə qatılmaq məsələsinə gəldikdə isə bu gün özünün ən ağır dönəmini yaşayan  partiya sadəcə  “mən də varam” demək üçün seçkiyə gedir.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ