SON DƏQİQƏ

PressDent.Info

«Birin ağı»

«Birin ağı»
13-06-2018, 19:08 957 dəfə baxılıb

Qənimət Zahid

Novruz Məmmədovun baş nazir olmaqlığı «islahat» proqnozlarını dəfn etdi

Novruz Məmmədovun və ya bir başqasının baş nazir vəzifəsinətəyinatı əhəmiyyətli hadisə deyil. O baxımdan əhəmiyyətli deyil ki, Azərbaycanda baş nazirini səlahiyyətlərini icra edən şəxs prezidentdir, bir az da dar əlacsızlıqdan sıxışdırıb baxsan, Mehriban Əliyevadır. Artur Rəsizadə də, faktiki olaraq, baş nazir deyildi. Bu vəzifənin adı dövlət dəftərxanasının müdiri kimi bir şey ola bilərdi. Amma bunu boş verin. 83 yaşlı adamı işdən çıxarıb yerinə 71 yaşlı birisini təyin etmək dövlət idarəçiliyinə münasibətdir. Azərbaycanda baş nazir postunda, hətta indiki səalhiyyətlərlə deyil, bir az daha üstün səlahiyyətlərlə, «Baş nazir» adını doğruldan səlahiyyətlərlə ağla gətirilən baş nazir postunda işləmək üçün çoxlu sayda başqaları vardı. Bu «başqalarının» hər hansı siyahısında Novruz Məmmədov adı ola bilməzdi. Amma göründüyü kimi, İlham Əliyev cəmiyyətin bütünlükdəəlahiddə olaraq proqnozlarına və təsəvvürlərinə hörmət edən ekspertlərin, politoloqların, dövlət məmurlarının hamısının təsəvvürlərini yerdən- yerdən vurmaqda mahirdir. Bunu dəfələrlə göstərib. Dəfələrlə bütün müstəqil və yarım müstəqil ekspertlər idarəçiliklə bağlı normal ağla yerləşə biləcək hansısa proqnozlar veriblər, amma İlham Əliyev bu proqnozları darmadağın edərək normal ağla yerləşməyən, normal məntiqlə ölüçlməyən, nomal təsəvvürlərə sığmayan tərs addımlar atıb.  Kadr siyasətində də belədir. Məsələn, Misir Mərdanovu işdən çıxarıb Təhsil naziri vəzifəsinə elə adamı qoydu ki, həmin adam Azərbaycanda Təhsilin «Misir erası»ndan salamat çıxa bilmiş bütün elementlərini darmadağın edə bildi. Ziya Məmmədovun yerinə elə adam qoydu ki, həmin adam ona həvalə edilmiş, bir qədər dəgenişləndirilmiş sektorun ipini heç cür çəkib yığa bilmir, bilməyəcək də. Səhiyyə naziri vəzifəsinə elə adam qoydu kiI həmina dam ölkənin səhiyyə sistemini ən ağır dərdlərəyoluxdurdu və bu sistem İlham Əliyevin zamanında heç zaman sağalmayacaq.  Hamısını bir- bir sadalamağa ehtiyac yoxdur, İlham Əliyevin zamanında işə qoyulan bütün kadrları bu cür nəzərdən keçirə bilərsiz və şübhəsiz, eyni nəticələrə gələcəksiz. Məsələnin məzi cəmiyyətin, onun bu və ya digər baxımdan ağıllı, daha intellektli kəsiminin proqnozlarını darmadağın edə bilmək üçün tələb olunun «qabiliyyət»dədir.

Ekspertlərin islahat gözləntiləri…

Çoxlu sayta ekspertlər seçkidən sonra radikal islahatların, o cümlədən də, kadr islahatlarının olacağını təxmin ediblər. Bu ekspertlərin arasında ağlı söz kəsməyənlərdən, təsadüfən «ekspert» kimi baxılanlardan tutmuş, ciddi və rəyi nəzərəalınacaq adamlar da olub. Hətta müxalifət düşərgəsində də elə adamlar olub ki, onlar zəruri islahatların işıqlarını görmüş kimi danışıblar. Məsələn, bunlardan biri Turan agentliyinin direktoru Mehman Əliyevdir. Mehman Əliyev “BBC Azərbaycanca”ya müsahibəsində belə proqnoz vermişdi. “Avropa İttifaqı və ABŞ referendum elan ediləndə və prezident seçkiləri vaxtından tez elan olunanda heç bir təpki göstərmədi. Bununla bağlı heç bir tədqiq, heç bir bəyanatlar olmayıb ki, bu anti-demokratikdir və s. Heç bir şey yoxdur. Mən hesab edirəm ki, hansısa formada tərəflər arasında razılaşma var və əlbəttə ki, bu razılaşmalar Azərbaycanda avtoritarizmin qurulması, diktatorluğun qurulmasına hesablanmayıb… Canlanma var və mən hesab edirəm ki, seçkidən sonra islahatların aparılması daha aktiv şəkildə həyata keçiriləcək”.

Mehman Əliyev kifayət qədər ciddi, həm də bir çox hallarda «normadan artıq» optimist ekspertdir, amma bu dəfə, yəni seçkilərdəəvvəl verilmiş bu proqnoz çox yaxın müddəti nəzərdə tutan çox cəsarətli prqnoz idi. Bu cəsarət özünü  yalnız təxmin edilən, ümid edilən islahatların mütləq olacağında ifadə etmirdi, həm də orda belə bir fikir vardı ki, «seçkidən sonra islahatların aparılması daha aktiv şəkildə həyata keçiriləcək». Azərbaycan dilində bu fikir belə anlaşılır ki, hansısa islahatlar var, amma seçkidən sonra onlar «daha aktiv» şəkildə həyata keçiriləcək. Burası da kifayət qədər yanlış idi, amma  İlham Əliyev Novruz Məmmədovu baş nazir təyin etməklə Mehman Əliyev kimi düşünənlərin hamısının təsəvvürlərini darmadağın etdi.

Baş nazirin təyinatı sadəcə bir kadr təyinatı deyil, hökumətin simasını müəyyən edən təyinatdır. Maraqlıdır ki, uzun müddət siyasi səhnənin liderlərindən olan, sonradan isəsiyasəti buraxıb biznesə keçən Etibar Məmmədov 11 aprel seçkiərindən sonra təsəvvür edilən islahatları «qaçılmaz » adlandırmayıb, onların «arzuedilən» olduğunu demişdi, yəni,  daha ehtiyatlı tərpənmişdi.

Xarici müşahidəçilər arasında rəyi nəzərə alınacaq ekspertlərdən biri olan Carnegie Beynəlxalq Sülh Fondunun böyük elmi işçisi və Azərbaycan üzrə ekspert  Tomas de Vaal qətiyyətlə bildirmişdi ki, seçkidən sonra hansısa ciddi dəyişikliklərin olacağını gözləmir.

Nisbətən müstəqil mövqeyi ilə fərqlənən deputat Vahid Əhmədov bir qədər neytral, bir qədər də bu neytrallığı ört- basdır edən təəssübkeş proqnoz vermişdi. O mart ayının 3-də yerli mətbuta verdiyi açıqlamafda belə demişdi:  «2018-ci il prezident seçkilərindən sonra ola bilər Konstitusiyaya uyğun olaraq yeni hökumətin tərkibi qurulsun, müəyyən kadr dəyişiklikləri həyata keçirilsin…. Fikir verirsinizsə, son vaxtlar gənclərə çox böyük üstünlük verilir…».

Prezidentin son vaxtlar gənclərə üstünlük verməsinin hansı gerçək nəticələrinin olduğu barədə yuxarıda, ötəri də olsa qeyd etdim. Bu, bir az protokol xatirinə, ümumiyyətləisə «rahat korrupsiya»nın inkişaf etdirilməsi naminə göstərilən diqqətdir.

Onun iqtisadiyyat barədə təsəvvürləri nə boydadır?

Amma Novruz Məmmədov! İndi İlham Əliyev ölkədəki büütn nazirləri dəyişib onların hamısını 50-dən aşağı yaş qrupu olanlarla əvəz etsə də, mənası olmayacaq. Hökumətin Novruz Məmmədov görkəmində təqdim edilən siması bütün islahatları inkar edir. Təkcə ona görəmi ki, Novruz Məmmədov iqtisadiyyatda təcrübəsiz adamdır. Əslində, o qədər də təcrübəsiz deyil. Doğrudur, başqaları kimi onun o qədər də böyük biznes strukturları olmayıb, Zıxdakı balaca duz gölü ətrafında qurula  təvazökar biznes onun iqtisadi təsəvvürlərinin mərkəzində dayanır, amma kim deyir ki, Azərbaycanda baş nazir İqtisadiyyatdan nəsə anlamalıdr? Azərbaycanda baş nazir protokol vəzifəsidir. Bu vəzifəyə başqa, normal insan energetikası ilə fərqlənən birisi onu protokol postu görkəmindən bir azca kənara çıxarıb fəallaşdıra bilərdi. Axı, baş nazir bütün nazirlərin fəaliyyətini əlaqələndirən, onlara göstərişlər verə bilmək bacarığı və səriştəsilə, eyni zamanda bunun üçün zəruri psixolji ötkəmliyi də yetəcək birisi olmalıdır.

Arturun uğursuz kopyası

Novruz Məmmədov Artur Rəsizadənin 12 il sonra doğulmuş kopyasıdır və şübhəsiz, məhz onun tapılması üçün dövlətin bütün kadr potensialı dəfələrlə saf- çürük edilib. Əsas kriteriyalar nələr olub? Məsələn, tam iddiasızlıq, bir az səriştəsizlik, təşkilati keyfiyyətlərin yoxluğu, xarizmanın istisna edilməsi, ictimai rəydə və dövlət aparatı daxilində qeyri- ciddi obraz, rejimə qarşı bir qədər artıq dozalı sədaqət göstəriciləri vəsair. Sonuncu punktun sənədləşdirilmiş göstəricisi də var. Novruz Məmmədov nəvələrindən birinin adını Heydər, o birinin adını isə Zərifə qoymaqla bu sədaqətin aşırı dozası ilə fərqləndiyini çox illər bundan əvvəl sübut edib.

Yeni baş nazirin köhnə Rus məəyi haqqında

Rusiya faktoru varmı? Bəllidir ki, MDB ölkələrində mühüm dövlət vəifələri Rusiya ilə, yəni daha dəqiq ifadə etsək, Vladimir Putinlə razılaşdırılır. Onun dərkənarı olmadan xüsusi əhəmiyyətli dövlət vəzifələrinə təyinat aparıla bilməz. Azərbaycanda eyniləbelədir. Baxmayaraq ki, Azərbaycanda baş nazir postu xüsusilə əhəmiyyətli dövlət postu deyil, Novruz Məmmədovun təyinatı da Vladimir Putinlə razılaşdırılıb. O adamlar ki, prezidentin səlahiyyətlərini daha icra etməsi mümkün olmayan fövqəladəhallarda Konstitusiya normalarına görə bu postda əyləşə bilər, bu ehtimal nöqtələri Putinlə mütləq razılaşdırlır. Ümumiyyətlə, Azərbaycanda yalnız mühüm dövlət vəzifələrinə deyiul, o cümlədən hətta bir çox ölkələrə təyin ediklən səfirlər də Rusiya ilə razılaşdırlır. Məsələn, Amerika Birləşmiş Ştatlarında, İngiltərədə, İranda,.. səfirlərin kim  olacağı Putinlə mütləq razılaşdırlır. Bu, MDB daxilində qeydə alınan protokol münasibətləri deyil, Vladimir Putinin qeydə alınmayan xüsusi zəhminin tələbləri iləbağlıdır. Azərbaycanda baş nazir əhəmiyyətli vəzifə deyil, amma Konstitusiyaya görəprezident itkin düşsə, birinci vitse-prezident xəstələnsə, parlamentin sədri də buna görəinfarkt keçirib ölsə baş nazir müvəqqəti olaraq, yeni seçkilərə qədər prezident vəzifəsini həyata keçirməlidir. Novruz Məmmədovun Rusiya məəyi isə onun təyanının razılaşdırılması üçün pozitiv məqamlarla zəngindir. 71 yaşlı bu daha gənc baş nazir Sovet hakimiyyəti dağılana qədər Dövlət Təhlükəsizlik Komitəsinin aktiv balansında olub, ondan sonra isə «passiv» balansa daxil edilib. Prezidentin xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsini daşıyan Novruz Məmmədov lap bu yaxınlarda belə bir dahiyanı fikir işlətmişdi ki, “Mövcud münaqişələr xüsusən Qərb dövlətlərinin siyasətinin nəticəsidir”. Konkret olaraq Azərbaycanın cəlb olunduğu münaqişədə Rusiyanın iştirakını görməmək, bu münaqişənin yaranmasında olmayan Qərb izlərini eşələmək də, cənab Məmmədovun Rus məəyinin hökm etdiyi əqli (vəya əqilsiz, dəxli yoxdur) nəticələrdən biri idi. 

Novruz Məmmədovun baş nazir təyin edilməsi faktı hökumətin bundan sonrakı siyasi- iqtisadi niyyətlərinin göstəricisidir. İlham Əliyev bu adamı qabağa atmaqla demək istəyib ki, ölkədə heç bir islahat olmayacaq, hər şey necə vardısa, eləcə də davam edəcək, hakimiyyətin təəldə cəmlənməsi prosesi bundan sonra daha da şiddətlənəcək, hökumətin daxilində hər hansı təşəbbüs mərkəzləri olmayacaq, korrupsiya isə daha da gücləndiriləcək…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ