SON DƏQİQƏ

PressDent.Info

Müqəddəs günah

Müqəddəs günah
4-06-2018, 19:29 6003 dəfə baxılıb

İlham Hüseyn

Uzun illərdi hamının gözü qarşısında repressiya maşını “avtoşluq” edir. Hamı bu maşının təkərləri altında qalanların günahsız olduğunu bilir. Hamı zülmün, ədalətsizliyin sərhəd tanımadığını görür. Əksəriyyət susmağı taktika hesab edir və bu yolla müdafiə olunduğunu düşünür. Amma başa düşmür ki, özünü repressiya maşınından qorusa da, ədalətsizlik maşınından, saxtakarlıq maşınından, səhiyyəsizlik maşınından qoruya bilmir. Bir də ayılırıq ki, hər yerimizdə təkər izi var.
Bugünlərdə daha bir dəhşətli hadisə baş verdi. AXCP üzvləri şərlənərək həbs edildi və bunun ardınca da işgəncəyə məruz qaldıqları məlum oldu.
Hamı başa düşür ki, bu adamların yeganə günahı zalımla savaşmaq, yalana və talana üsyan etmək, ölkəsini demokratik görmək istəyidir.
Beləliklə, nə baş verir? Hökumət bu adamları ləyaqətli vətəndaş olmaqda, xeyli adam isə “bilə-bilə özlərini oda atmaqda” günahlandırır.
Açığı, cəmiyyətimizdə mübarizə adamlarına dəli kimi baxanlar da az deyil. Hökumətin zalımlığına rəğmən ön səngərdən çəkinməyənlərə təəccüblə baxırlar. Bəziləri elə düşünür ki, bugün mübarizə aparanlar ailələrini, övladlarını düşünmür, ağılsızcasına özlərini fəda edirlər. Halbuki, biraz düşünə bilsələr, bu mübarizənin həm də onların övladları üçün aparıldığını dərk edərlər. Dərk edərlər ki, mübarizə aparanların yalnız öz ailələrini xoşbəxt etmək üçün kifayət qədər imkanları var. Bəli, bugün şərin girovluğunda olanlar şəxsi xoşbəxtlikdən zövq ala biıməyən adamlardı.
Əgər bir dövlət üçün, bir xalq üçün savaşmaq günahdırsa, biz bu günahla fəxr edirik. Biz müqəddəs günahlar törətməkdən məmnunuq.
Hər birinizə belə günaha batmaq nəsib olsun. Belə günahdan tövbə etməzlər. Əslində, bu günahın müqəddəsliyi tövbə etməməkdədir.
Bu gün Azərbaycanda ən böyük savab, mübarizə günahı etməkdi. Haqsız yerə zindana atılmışların günahına şərik olun!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ