SON DƏQİQƏ

PressDent.Info

Cəbhəçilərin yeganə silahı cəsarət və ədalətdir

Cəbhəçilərin yeganə silahı cəsarət və ədalətdir
23-05-2018, 18:44 1566 dəfə baxılıb

İlham Hüseyn

“Tənqidə dözümsüzlük” nə deməkdir?

Tez-tez şahidi oluruq ki, adamlar bir-birini tənqidə dözümsüzlükdə ittiham edirlər. Xüsusən siyasi səhnədə bu yanaşma ənənəyə çevrilib. Son günlər sosial şəbəkələrdə gedən diskussiyalar zamanı yenə də “tənqidə dözümsüzlər” ifadəsi arqument kimi peyda olub. Amma məsələyə obyektiv, soyuq başla, ədalətli yanşanda bu ittihamın absurdluğu göz deşir.
Bir adamın başqa birini tənqid etməsinə tənqidlə cavab vermək “tənqidə dözümsüzlük” sayıla bilməz. Hətta bir adamın tənqidinə 100 adamın tənqidlə cavab verməsi də tənqidə dözümsüzlük deyil.
Bəli, əgər tənqid edən şəxsin şərəf və ləyaqəti təhqir olunursa, həmin şəxsə qarşı fiziki zorakılıq tətbiq edilirsə, həmin şəxs şər-böhtana məruz qoyulursa, bunu şiddtələ pisləmək lazımdı.
Amma bizim müşahidə etdiklərimiz tamam fərqli situasiyadı. Biriləri zaman-zaman peyda olub, əsassız ittihamlar səsləndirirsə, beləsinə əsaslı tənqidlər yağıdırmaq normaldır. Həm də həmin bu birilərinin arqumentləri sıradan çıxarılırsa, qərəzli olması faktlarla sübuta yetirilirsə və yenə də cığallıq etməyə davam edirsə, beləsinə qarşı əsaslanmış heç bir fikiri “tənqidə dözümsüzlük” kimi təqdim etmək olmaz.
Konkret olaraq məsələyə AXCP-nin timsalında yanaşırıqsa, vəziyyət daha da şəffaflaşır. Bəli, əslində bu ölkədə cəbhəçilər qədər tənqidə dözümlülük nümayiş etdirən kimsə yoxdur. Uzun illərdi təhqirlərin, şər-böhtanın, qərəzin, qeyri-insani yanaşmanın ünvanı AXCP olub. Amma bu qədər çətin vəziyyətdə də cəbhəçilər söyüşü sialh kimi istifadə etməyib. Cəbhəçilərin yeganə silahı cəsarət və ədalət olub.
Amma kimlərsə elə düşünür ki, cəbhəçinin ünvanına istənilən daş atılmalıdır və cəbhəçi də bu daşı pambıq kimi qəbul etməlidir. Tamamilə yanlış düşüncədir. Sağlam, qərəzsiz tənqidin qarşısında boynumuz qıldan incədir. Amma əsassız ittihamlara da göz yummaq fikrimiz yoxdur. Birinin tənqidinə yüzü tənqidlə cavab verirsə, bu, tənqiq edənin tənqidinin qəbul edilməməsidir. Tənqid edənin fikrinin düzgün olduğunu hesab edən yüzlərlə adam varsa, onlar da bu tənqidçiyə dəstək olsunlar.
Onu da qeyd edim ki, bizə təniqdə dözümsüzlük dərsi keçənlərin əksəriyyəti tənqidə dözə bilmir, tənqidçilərini dostluqdan çıxarır, blok edir və.s Amma tənqid bolluğunda yaşayan cəbhəçi sağlam tənqid edənlərin heç birinə “səni bloka atacam” mesajı göndərmir. Bizim stajlı tənqidçilərimizin hamısı dostluq siyahımızda qalırlar.
Və nəhayət, Vovenarq deyirdi ki, yanlış fikri aydın ifadə etsən, o, öz özünü təkzib edəcək. Biz də aydın şəkildə yanlış iş görənlərə özünü təkzib etdiyini xatırladırıq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ