SON DƏQİQƏ

PressDent.Info

Büdcə pulları, rejim qulları!

Büdcə pulları, rejim qulları!
24-04-2018, 18:41 6873 dəfə baxılıb

Xaliq Bahadır

İlham Əliyevin Azərbaycanı bütünlüklə susdurub əsarət altına almaqla bağlı xırdaca bir sorunu qaldı: Demokratiya düşmənləri Qənimət Zahidi, Emin Millini, Həbib Müntəziri tutub gətirib türməyə soxmaq! Ondan sonra Azərbaycan Demokratik Respublikasının 100 illiyini sevinərək “qeyd etmək” olar. Haydı irəli: büdcə pulları, rejim qulları!!!

Yoldaşlar, daha deməyin bizi Avropadan kimsə tutub gətirə bilməz. Bunlar Petka kilsəsinə, Luvr muzeyinə, Vatikana, Sloveniya yoluna… Azərbaycanın milyonlar, milyardlarla pulunu elə belə yatırmayıblar, Avropanın bir sıra ölkələrinə nefti, qazı pulsuz olaraq elə belə vermirlər: MÜQƏDDƏS Vatikan başda olmaqla onlar hamısı rüşvət-satınalma yatırımlarıdır.
Dünyanın ən gözəl prezident köməkçisi Əli Həsənov hələ 2013-cü ildə demişdi: “Biz Avropa iqtisadiyatına sərmayə yatırırıq”. Bu yöndə İ.Əliyevin özünün də bir sıra çıxışları olub. Necə bilirsiz: onlar açıq-açığına deməliydilər: biz soyub-yağmalama, korrupsiya-repressiya yoluyla Azərbaycanda dərəbəylik etmək üçün Avropaya, Amerikaya milyonlar, milyardlarla rüşvət veririk? Yox, ən yaxşısı elə budur: Avropanın, Amerikanın iqtisadiyatına SƏRMAYƏ yatırırıq.
Acından köpük qusan Məmmədhəsənlə Gülbadam da Az TV-lərə baxa-baxa sevindiklərindən çırtıq çalıb oynayırlar: görün bizim necə güclü prezidentimiz, nətəri güclü hökumətimiz var – Avropanın, Amerikanın iqtisadiyatına SƏRMAYƏ yatırır!
Hələ görün seyfində bir çox partiyanın biletini saxlayan Novruz Məmmədovun baş nazir postuna gətirilməsindən sonra Azərbaycan İQTİSADİYATI necə fontan vuracaq!
Almadığı bir qala yoxdur komunistlərin!
Hələ qələbə şansı çoxdur komunistlərin!

REAL gözləntilər ölkəsi!

Atın qabağına ət, İtin qabağına ot qoyan prezidentin kadr politikası sizi çaşdırmasın, ey biliksiz toplum – 21-ci yüzillik yüksək texnologiyalar yüzilliyidir! Açması: ola bilər, birdən At ət, it ot yeməyi öyrənər – bununla da ortaya İQTİSADİYATIN dünyada ANALOQU olmayan Azərbaycan örnəyi çıxa bilər!

Aslan İsmayılovun, eləcə də bir sıra başqa superoptimistlərin yazdığına görə, bu, REAL gözləntidir!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ