SON DƏQİQƏ

PressDent.Info

Vətənə, Xalqa, Dövlətə dönüklük hakimiyyəti!

Vətənə, Xalqa, Dövlətə dönüklük hakimiyyəti!
11-04-2018, 20:22 1131 dəfə baxılıb

Xaliq Bahadır

“Azərbaycan prezidenti” adını daşıyan İlham Əliyev iki yol (2005-2010-cu illərdə) mənim mandatımı Rüstəm Xəlilov adında savadsız, səviyyəsiz, ancaq rüşvətxor olduğu üçün pullu birisinə satıb. (Adam iki dönəmdir MM-də oturur, hələ indiyədək bircə çıxışı da olmayıb). İşi Avropa məhkəməsinə verib, udmuşam (vəkilim İntiqam Əliyevin gücünə!) pulumu ötən il almalı idim… get-gələ salıb, vermirlər. Oxşar işdə mən tək deyiləm, mənim kimi mandatı satılan, işi Avropa məhkəməsində udan, ancaq pulunu ala bilməyən çoxları var. Mən onlara səslənirəm: qorxaq, içinizdən satılmış deyilsinizsə, ən azı, sosial şəbəkələrdən İlham Əliyevə səslənin: bəsdir bir belə qanunsuzluq, bir belə özbaşınalıq, yurddaşa, dövlətə, dövlətçiliyə bir belə sayğısızlıq! Məhkəmə – hüquq sistemini ANTİXALQ sisteminə çevirmək, hüquqsuz duruma gətirib soyub-yağmalamaqla Xalqa diz çökdürmək prezident işi deyil, İŞĞALÇI işidir! Bütün bunlar azmış kimi dördüncü yol prezidentliyə çalışmaq – Azərbaycanı açıq-açığına auksiona çıxarmaqla çalışmaq! – bunlar hamısı prezidentlik qurumu, o qurumun bəlli quralları ilə bir araya sığmayan görsənişlərdir. İstər bu gün üçün, istər gələcək üçün istənilən prezidentin ən yaxşı, ən güvənli qarantiyası QANUNÇULUQDUR! Bundan başqa, QANUNÇULUQ bütövlükdə Xalqın, Ölkənin, Dövlətin güvənliyi deməkdir! Bəlli bir kimsə, bəlli bir ailə, bəlli bir qrup üçün olan qanunçuluq oğru-korrupsioner qanunçuluğudur, gec-tez sonu Xalqın acıqlı cəzalandırması ilə bitən-bitəcək qanunçuluqdur!
Ölkə uzun illərdən bəri bəlli bir kimsənin, bəlli bir ailənin, bəlli bir qrupun yararına qanunçuluq yolunda olduğundan tariflər, rüsumlar, cərimələr, qiymətlər durmadan çoxaldılır, artırılır, qaldırılır – sonucda Xalq var-yoxdan çıxarılır, Ölkə yoxluğa-yolsuzluğa sürüklənir! Azərbaycan durmadan sivil dünyadan uzaqlaşdırılıb ən yoxsul-yolsuz ölkələrin, autsayder dövlətlərin yanında yer alır. Belə bir politika axarında dördüncü prezidentliyin Azərbaycanı daha böyük itkilərə uğradacağını demək belə artıqdır.
İndi tutulan yol bizi yalnız sivil dünyadan deyil, eləcə də itirdiyimiz Qarabağdan uzaqlaşdırır.
Parlamrenti, hökuməti rüşvətxor-korrupsioner yığınına çevirməklə, məhkəmə-hüquq sistemini özəlləşdirməklə, Xalqa diz çökdürməklə Qarabağı qaytarmaq adına edilən bütün çıxışlar yalandır, uydurmadır, dolandırıcılıqdır!
Qonşu Gürcüstanı iki beş ildə demokratiya yoluna çıxaran M.Saakaşvili “kimlik yurddaşa pulla verilməz” deyə, kimlik kartını (“şəxsiyət vəsiqəsi”) pulsuz eləyib. İ.Əliyev onsuz da yüksək olan kimlik rüsumunu bugünlərdə ayrıca “sərəncamla” daha da artırdı. Bu da bir İŞĞALÇI rejim faktıdır. Güclü ekonomik sistem qurmağla dövlət büdcəsini doldurmağa çalışmaq yerinə… vergiləri, rüsumları, cərimələri çoxaldıb-artırmaqla dövlət büdcəsini doldurmağa çalışmaq biranlamlı olaraq Xlqa yağılıqdır!
Görünür, bunlar tutduqları ANTİXALQ yolundan başqa yol tanımadıqları, tanımaq istəmədikləri üçün ölkə içindən Avropa məhkəməsinədək bir belə qanunsuzluğa gedirlər. Beləliklə də, indilikdə Xalq-Ölkə üçün, sonrasa özləri üçün uğursuz sonuclar yaradırlar…

P.S. Əlaltı parlament, əlaltı hökumət, əlaltı məhkəmə-hüquq sistemi formalaşdırmaq faktı sonucda qaçılmaz olaraq dış güclərdən asılı əlatı dövlət faktorunu doğurur!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ