SON DƏQİQƏ

PressDent.Info

Avropada partlayan bombalar

Avropada partlayan bombalar
16-03-2018, 22:40 4002 dəfə baxılıb

Xaliq Bahadır

Başlanğıcın sonu, sonun başlanğıcı

Almaniyanın Münster şəhər məhkəməsi bildirir: “Qaçqın statusu almaq istəyənlər ən çox Suriya, İraq, Əfüqanıstan, Azərbaycan yurddaşlarıdır”. 1993 çevrilişindən başlayaraq ardıcıllıqla yürüdülən ANTİXALQ siyasətləri – durmadan sürdürülən yurddaş savaşıyla Əliyevlər Azərbaycanı Suriya, İraq, Əfqanıstan kimi dözülməz-yaşanılmaz olkəyə çevirdilər. Azərbaycanı – xalqı əməksevər, işlək, bacarıqlı, doğal resursları aşıb-daşan bir ölkəni! Gerilikçi düşüncə yiyələrinin, Sovetdənqalma komunist-nomenklatura tör-töküntələrinin biçimlədiyi korrupsiya-repressiya-terror dövlətinin doğurduğu dözülməzlik üzündən ayağı yer tutuan başını götürüb ölkədən qaçır…
Olduqca doğal görsənişdir: Avropada bir-birindən ötə gedən bombalar partlamaqdadır. Bunlar nə bombalardır? Azərbaycana bağlı adam-bombalar! ANTİMİLLİ, ANTİDEMOKRATİK Əliyevlər hakimiyətinin Azərbaycandan, doğma el-obasından, yurd-yuvasından qaçırdığı, didərgin saldığı… Azərbaycan bombaları! Bu bombaların sayı durmadan artacaq, Rusiyadan, Türkiyədən Avropaya, Amerikayadək bütün dünyanı bürüyəcək. Azərbaycan xalqı erməni deyil günü xoş keçən istənilən ölkəni özünə Vətən saysın. Azərbaycan xalqı üçün bir Vətən var – Azərbaycan! O üzdən də mənim xalqım hara gedir-getsin, gec-tez Vətəninə dönmək istər. Vətənə qayıtma yollarını uzun illərə bağlı görüncə bombaya dönər. Bu gün, Əliyevlərin hakimiyəti daha 14 illiyə (7+7) İŞĞAL etmək istəyini görüncə illərlə üst-üstə qalaqlanan acıqdan, yığılıb qalan ağrılardan adam-bombaların – bomba adamların bir-birindən aşırı partlayışları baş verməkdədir.
25 ildən bəri hakimiyət adına ən qatı İŞĞALÇILAR sayağı ölkəni soyub-yağmalayanlar, bu azmış kimi 25 il boyunca xalqı SÖYÜB-TƏHQİR edənlər bu gün kürkünə birə düşmüş durumdadırlar. Ardıcıl əzici-öldürücü korrupsiya-repressiya içində xalqa diz çökdürməklə bütün dünyaya Azərbaycandakı “əbədi siyasi sabitliyi “ örnək göstərənlər, prezident köməkçisi Əli Həsənov başda olmaqla, bu gün yuxusunu qaçırmış, dincliyini itirmiş durumdadır. 25 ildən bəri Xalqı, Ölkəni, Dövləti İŞĞAL kommersiya-obyektinə çevirib milyonlara, milyardlara yiyələnmiş nuvorişlər illərlə qanunsuz yolla yığdıqlarını birdən itirmək qorxusunu yaşama durumundadırlar. Bu gün gəlməliydi!

Yalançı yalvarışlar, gecikmış çağırışlar

Görün prezident köməkçisi, Heydər Əliyevin o başdan bu başa jurnalistləri satınalma missiyasi ilə görəvləndirdiyi, Əli Həsənov üzünü Avropada yaşayan soydaşlarımıza tutaraq nə deyir: “Heç olmasa, aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyəti öyrənəydiniz. Onların necə siyasi debat apardıqlarını, bir-biri ilə siyasət və opponentlik dilində necə hörmət-izzətlə davrandıqlarını nümunə kimi əxz edəydiniz”. Ah, Ax, Ox, Of necə də gözəl sözlərdir. Görünür, bu adam Yer üzünün bütün örnək (onun ərəb dilində “nümunəvi”) etik, estetik davranış normalarına, onun öz dilində desək, SİYASİ MƏDƏNİYƏT örnəklərinə bütünlüklə yiyələnmiş, onları bütünlüklə mənimsəmiş bir AĞABƏYDİR.
Görünür. Yox, dayanın, axı, bu bir başqası deyil, 25 ildən bəri əliyevçi korrupsiya-repressiya rejiminin başlıca, yuxarıda göstərildiyi kimi, ayrıca görəvləndirilmiş (jurnalistləri satınalma missiyası!) funksioneri Əli Həsənovdur. Özünün çoxsaylı yararsız-gərəksiz qəzetləri ilə birgə o yöndə olan, başqa cür desək, korrupsiya-repressiya qulluqçusu olan, qəzetlərə- jurnalistikaya satınalma axarında ortaqlı qrant pulları ilə başqanlıq yapan Əli Həsənov. Ə.Həsənovun ev üstündən ev verdiyi jurnalistlərdən biri – hacı Azər Rəşidoğlu da bir çox başqaları kimi indi Ə.Həsənovun jurnalist-yardımçıları rolunda çıxış edərək Avropada yaşayan yurddaşlarımıza SİYASİ MƏDƏNİYƏT dərsi keçməkdədir. Nəyə görəsə bizdə hacıların sayı artdıqca ürəkbulandıran görsənilərin də sayı artır – jurnalistikada da eləcə!
Azərbaycanda siyasi mədəniyət var idi, ancaq Əliyevlər hakimiyətinin qurulması ilə o mədəniyət aradan qalxdı. H.Əliyevin onu hakimiyətə qaytaran Ə.Elçibəyi, eləcə də başqa müxalifət liderlərini dönə-dönə TƏHQİR etməsi faktları unudulmayıb. Erməni kilsəsinə pulsuz qaz verən, atası Köçəryanla etdiyi sayaq, Sərkisyanla ürəkdən gülə-gülə, böyük sevinc içində görüşlər keçirən İ.Əliyevin müxalifəti “ermənidən betər” yurdsevər Azərbaycan gəncliyini “ünsür” adlandırması kimi TƏHQİR faktlar da unudulmayıb. Ancaq, məncə, bunlardan qat-qat ötə gedən söyüş-təhqir faktı 20-ci yüzilliyin başlanğıcında dünyaya ÖRNƏK demokratiya qurmuş bir xalqı yalançı çıxışlarla aldada-aldada gətirib diktatura dalanına dirəmək faktıdır. İ.Əliyev 2006-cı ildə batılılar qarşısındakı çıxışında demişdi: “Azərbaycan xalqı siyasi mədəniyət baxımından geridə qalmış xalq olduğu üçün biz ona Avropa, Şimali Amerika demokratiyasını tətbiq edə bilmərik”. Bu, Azərbaycan xalqı kimi qabaqcıl bir xalqı SÖYÜB-TƏHQİR etmək deyil, nədir? Son 25 ildə qonşu Gürcüstanda, “Ermənistan”da 4 (dörd!) prezident dəyişib, doğal resurslar baxımından yoxsul olan o iki ölkənin ikisi də politik, sosial-ekonomik gəlişmə baxımından doğal resursları aşıb-daşan Azərbayucanı çox-çox geridə qoyub. Siz soyub-yağmalama yoluyla çıxmaza gətirib çıxardığınız bu ölkədə hakimiyəti əldən verməmək üçün Azərbaycanı dünya bazarına çıxarmısız – auksona qoymusuz: sizin adına SİYASİ MƏDƏNİYƏT dediyiniz budurmu?! Bu gün Avropadakı soydaşlarımza siyasi mədəniyət dərsi keçən Ə.Həsənov 2013-cü il seçkisi qabağı müxalifətə barmaq tuşlayaraq demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Soruşmaq gərəkir: Əli Həsənov, siz bu “nümunəvi siyasi mədəniyəti” hansı Avropa ölkəsindən götürmüsüz? Varmı elə bir Avropa ölkəsi? Varsa, deyin biz də bilək.
Ölkəni bütünılüklə bankrota gətirib çıxarmış İ.Əliyrv nə yolla olur olsun dördüncü yol prezident olmaq istəyir! – Azərbaycan xalqı üçün bundan böyük SÖYÜŞ-TƏHQİR ola bilərmi?! Azərbaycanın kənd təsərüfatını darmadağın günə qoymuş birisi, İ.Əliyevin kənd təsərüfatı naziri H.Əsədov, görün nə deyir: “Torpaqlarımızı Rusiyaya icarəyə verək, əkib-becərsinlər”. Sözsüz, bu çıxışın arxasında İ.Əliyev özü durur: elə olmasaydı, suçsuz müxalifətçilərə açdırdığı cinayət işlərindən birini də böyük suç yiyələrindən olan H.Əsədova açdıırardı. H.Əsədovun sözügedən çıxışı çalışqan, bacarıqlı, əkin-biçin üçün sinov gedən Azərbaycan xalqı üçün SÖYÜŞ-TƏHQİR deyilmi?! Bir fakt: son 20 ildə Rusiyada 20 mindən artıq kənd hökumətin yararsızlığı, xalqın içkiyə qurşanıb işləmək alışqanlığını itiorməsi üzündən… dağılıb yoxa çıxıb. Görünür, bunların istəyi Azərbaycanı Putinə İCARƏYƏ verməklə hakimiyəti itirmək qorxusundan qurtulmaqla Azərbaycan xalqı üzərində ikili hakimiyət – ikili köləlik sistemi yaratmaqdır!
Seçki dönəmi olduğundan belə bir fakta toxunmadan keçmək olmaz. Avropada seçkini saxtalaşdırmaq DÖVLƏT CİNAYƏTİ sayılır. Əli Həsənovun partiyası 25 ildən bəri ölkə üzrə bütün seçkiləri saxtalaşdırmaqla hakimiyətdə qalır. Dördüncü dönəm prezidentliyə çalışan İ.Əliyevin “alternativləri” də,demək olar, dəyişməz qalır: qondarma müxalifət “liderləri” Hafiz Hacıyev, Zahid Oruc, Araz Əlizadə… ha belə. Bu faktın özü Azərbaycan xalqı üçün SÖYÜŞ-TƏHQİR deyilmi?! Hələ onların, o saxta müxalifət “liderlərinin”, İ.Əliyevə opponentlik etmək yerinə, gerçək müxalifəti, gerçək müxalifət liderlərini söyüb-təhqir etmələri kimi unudulmaz faktlar. Ayrıca olaraq İ.Əliyevin çoxillik, dəyişməz “alternativi” olan Hafiz Hacıyevin DEBATLARDA müxalifət liderlərini arvad-uşaqlarınadək SÖYÜB-TƏHQİR etməsi faktları. İ.Əliyevin əmoğlusunun televiziyasında (Lider TV) illərlə müxalifət liderlərinin ən əxlaqsız biçimdə SÖYÜLÜB-TƏHQİR edilməsi faktları…
Gerçək müxalifətin qərərgahını partladan; gerçək müxalifəti qərərgahsız qoyan; çeşidli yollarla əl-qolunu bağlayıb susdurmağa çalışan; başqa bir yandan, qondarma-satqın müxalifət düzəldib xalqa kələk gələn; gerçəkləri yazan “Azadlıq” qəzetini qapadıb satqın jurnalistikaya geniş meydan verən; müxalifətin televiziyalara çıxışını biryolluq yasaqlayan; sonra da KORRUPSİYA-REPRESSİYA axarında SABİTLİK-SUSQUNLUQ ortamı yaratmasıyla öyünən bir hakimiyət gec-tez indiki AVROPA SİNDROMU ilə üzləşməli idi.
Mənim yaradıcılarından, QAZANCSIZ yaşadanlarından olduğum “Azadlıq” qəzeti SÖYÜŞ-TƏHQİRƏ yol vermədən rejim gerçəklərini yazırdı. Ortaya çıxan çoxsaylı cinayətlərinizi ört-basdır etmək üçün “Azadlıq”ı qapatdınız, indi gedin Azərbaycanda ƏKDİKLƏRİNİZİ Avropada BİÇİN. Oralardan yayılan çıxışlara da DÖZÜMLÜ olun: axı, siz 25 ildi bu xalqa DÖZÜMLÜ olmağı aşılayırsız!
Son söz yerinə
“Azadlıq”ın gənc əməkdaşı Aqil Xəlil bu gün türmədə olan qatı cinayətkar, MTN generalı Akif Çovdarovun cinayətinin üstünü açmışdı. Buna görə Aqillə bağlı “Strekalin-gey” verilişi düzəldib Az TV-lərdə yayımladınız. Aqil Xəlilin atası o verilişə baxanda oğlunun o cür TƏHQİR edilməsinə görə hönkürüb ağlamışdı. Onda sizlər o verilişin kayfı içində əlinizi əlinizə vurun qas-qas gülürdüz. İllərlə əzib ağlatdığınız ATALARIN, ANALARIN uşaqları yaratdığınız yaşayış-dolanışıq dözülməzliyindən indi dünyanın dörd bir yanına səpələnib. Onların yuxularına əliqabarlı, yoxsul-hüquqsuz ATALARI, ağrı-acıya bürünmüş gözüyaşlı ANALARI girir, gecələrin o dözülməz yuxuları gündüzlərin dəlicəsinə çıxışlarını doğurur…
Debatla bağlı. Qanunçuluqdan, Demokratik dəyərlərdən bütünlüklə uzaq, oğru-korrupsioner hakimiyətlə hansı debatdan danışmaq olar?! Müxalifətin qərərgahını düşmən səngəri kimi partladan; Müxalifə qərərgah hüququ tanımayan; Müxalifəti illərlə repressiya-terror faktı ilə üz-üzə qoyan; Müxalifətdə olanlara 25 illik hakimiyəti boyunca televiziyalara çıxışı yasaqlayan; beləliklə, elementar SİYASİ MƏDƏNİYƏT görsənişləri olmayan bir hakimiyətlə hansı debatdan danışmaq olar?!
Seçki dönəmlərində Müxalifəti yalnız Hafiz Hacıyev, Zahid Oruc, Araz Əlizadə kimi SÖYÜŞ-TƏHQİR subyektləri ilə debat qaçılmazlığı qarşısında qoyan bir hakimiyətin SİYASİ MƏDƏNİYƏT ölçüsü öz özünə bəlirlənmirmi?!
SİYASİ MƏDƏNİYƏT çevrəsini aşa bilməmək üzündən 25 il boyunca biz sizinlə bacarmadıq. Biz yox, özünüzün 25 il boyunca yürütdüyünüz aqressiv ANTİXALQ siyasətləri qarşınıza çox doğal olaraq aqressiv ORDUXANLARI çıxarıb. İndi gedin 25 il boyunca rüşvət-korrupsiya içində Təhsil, Səhiyə sistemlərini yağıcasına dağıtdığınız bir Xalqın ordusu olaraq ortaya çıxan ORDUXANLARLA debat aparın! Orduxanlar “demokratiya”, “islahat” yalanları içində illərlə soyub-yağmalamaqla diz çökdürüb biryolluq yendiyinizi düşündüyünüz Xalqın qarşınıza çıxardığı “Mən varam!”lardır. Siz korrupsioner düşüncənizlə Xalqı yenib yoxa çıxardığınızı düşünürdüz. Necəliyindən asılı olmayaraq Orduxanlar bu Xalqın indiki “Mən varam!” hayqırtılarıdır – 25 il boyunca əzib yendiyiniz, hüquqsuz duruma gətirdiyiniz, saya salmadığınız Xalqın hayqırtıları! Bir daha vurğulamaq gərəkir: SİYASİ MƏDƏNİYƏT çevrəsini aşa bimədiyimizdən biz sizinlə bacarmadıq – Orduxanlar bacarar!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ