SON DƏQİQƏ

PressDent.Info

Şәhidlәr Xiyabanında “Azadlıq” şüarı?!

Şәhidlәr Xiyabanında “Azadlıq” şüarı?!
22-01-2018, 19:48 23838 dəfə baxılıb

Natiq Güləhmədoğlu

Milli Şuranın dünən şəhidlərimizi ziyarətində səviyyəsizcəsinə təşkil ediləni təxribata reaksiya olaraq heç kim “Azadlıq”, “istefa” şüarları səsləndirməyib. Bu böhtanı Milli Şuraya yapışdırmaq istəyənlər naqis adamlardır, burda mübahisənin heç yeri yoxdur.

Ancaq, mən deyirəm ki kaş, o ziyarət elə “Azadlıq” şüarları ilə müşayət olunaydı; maneə oldu, olmadı!
Azadlıq anlayışını ancaq qulaqdan qulağa, əzəbərçilik formasında öyrənənlər deyə bilər ki, ora heç onun yeri idi. Niyə yeri deyildi, canım qardaşım? Hansı meyara, hansı nəzəriyyəyə əsasən? Özünüz camaatı yeniliyə səsləyirsiniz, amma bizim eradan əvvəldə Dəclə-Fərat çayının sahillərinə qafil qalıb mürgü vurursunuz. Belə görünür ki, bu halınızdan əcəb də məmnunsunuz.

O şəhidlər niyə şəhid olublar? Geniş mənada azadlıqdan başqa bir təhrikedici, stimulverici nəsə vardımı o adamları şəhadətə aparmaq üçün? Hə, 2 əsr gerinin beyini ilə düşünən varsa ki, əşi, adamın qolunda dəmirdən zəncir, qulağında, çiyinində damğası yoxdursa, o azaddır, azadlıq şüarının belə şəraitdə səsləndirilməsi lazımsızdır, onun dünyanı qavrama qabiliyyətinə bərəkallah!

Bu gün o şəhidlərin ruhunun da, Azərbaycanın da azadlıqdan savayı heç nəyə ciddi ehtiyacı yoxdur! “Əsir Azərbaycanda” azadlıq tələbindən daha təbii nə ola bilər ki?
Beynini başqalarının icarəsinə verənlərinin deyinməsinə, mız qoşmasına əhəmiyyət verməyin, yoldaşlar.

“Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan”.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ